SKSP-nin rezidenti məhsul istehsalını 40 faiz artırıb


İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının (SKSP) rezidenti “Glassica” Qapalı Səhmdar Cəmiyyəti (QSC) bu ilin yanvar-may ayları ərzində məhsul istehsalını təxminən 40 faiz artırıb.
Bu barədə “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına müxtəlif çeşidli rəngli şüşə tara məhsullarının (butulka) istehsalı ilə məşğul olan “Glassica” QSC-dən bildirilib.
Qeyd edilib ki, şirkət bu il ərzində təxminən 3 milyon manat dəyərində 12-13 milyon ədəd butulka istehsal edib. Şirkətin illik istehsal gücü məhsulun ölçüsündən asılı olaraq 40-50 milyon ədəd butulkadır.
“Glassica” hazırda istehsal gücünün 75-80 faizi həcmində məhsul istehsal edir. Müəssisənin hədəfi ilin sonunadək bu rəqəmi 85 faizə çatdırmaqdır.
Xatırladaq ki, “Glassica” QSC-nin ümumi investisiya dəyəri 20 milyon manatdan çoxdur. QSC tərəfindən ilk dəfə olaraq Rumıniya və Moldovaya butulka ixrac edilib ki, bu da ölkəmizdən Avropaya ilk butulka ixracı olub.

14-06-2024, 17:49 166
Bu gün, 13:44
Bu gün, 13:17
Bu gün, 13:13
Bu gün, 13:01
Bu gün, 12:41
Bu gün, 12:20
Bu gün, 12:18
Bu gün, 12:17
Bu gün, 11:00
Dünən, 22:37
Dünən, 17:11
Dünən, 17:08
Dünən, 15:46
Dünən, 14:12
Dünən, 13:27
Dünən, 13:18
Dünən, 12:31
Dünən, 11:13
Dünən, 11:11
Dünən, 11:09
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 10:00
Dünən, 07:49
Dünən, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
21-07-2026, 14:31
21-07-2026, 14:25
21-07-2026, 12:48
21-07-2026, 12:44
21-07-2026, 12:38
1 2 3 4 5 6 7 8 9 10 ... 1086