Söyüşə görə qətl törədən şəxs yenidən məhkəmə qarşısına çıxarılır


Sumqayıtda qətl törətməkdə təqsirləndirilən İlkin Muxtarovun barəsindəki qərardan yenidən kassasiya şikayəti verilib.
 
Sumqayit.tv
xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Rəşad Abdulovun sədrliyi ilə araşdırılacaq.
 
Məhkəmənin ilkin hazırlıq iclası iyulun 16-na təyin edilib.
 
Qeyd: 2022-ci ilin iyunun 6-da Sumqayıt şəhər sakini Vahid İmanlının almış oldığı xəsarətlər nəticəsində ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. Sumqayıt şəhər prokurorluğundan verilən məlumata görə, faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. 
 
İstintaqla İlkin Muxtarovun aralarında yaranmış mübahisə zamanı Vahid İmanlıya zorakılıq tətbiq etməklə sağ-gicgah təpə nahiyəsinin yumşaq toxumalarına qansızma və alt çənənin ön səthinin sağ yarısının əzilmiş-cırılmış yarası xəsarətləri yetirməsi və nəticədə sonuncunun almış olduğu xəsarətlərdən ölməsi müəyyən edilib. İlkin Muxtarov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. 
 
Məhkəmədə İlkin Muxtarov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərib ki, daha əvvəl Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən “AL market”in qarşısında evli qadınla tanış olub. Onlar bir neçə dəfə həmin marketin qarşısında görüşüb söhbət idiblər. Görüşlərin birində İlkin qadınla küçədə gəzərkən Vahid İmanlı öz dostları ilə onlara yaxınlaşıb. Bu zaman Vahid İlkinin əlindən 20 manat pul və eynəyini alıb, ona isə “var-yox” söyüşü söyüb və ərazidən uzaqlaşıblar. Daha sonra İlkin Muxtarov dostlarına zəng edib hadisə barədə danışıb. O, Vahid və onun dostu Fuadı “Oba market”in qarşısında görərək onlar tərəfə qaçıb. Fuad ona “var-yox” söyüşü söyərək təhqir edib. İkinin ifadəsinə görə, o, əvvəl Fuadı əli ilə vurub. Bundan sonra Vahidə yaxınlaşıb. Vahid İlkini yenidən söyərək təhqir edib. Bu zaman o, Vahidin alt çənəsinə yumruqla zərbə endirib Zərbənin təsirindən Vahid sağ yanıüstə yerə yıxılıb və başı asfalt örtüyə dəyib.
 
“Onun çənəsindən qan gəldiyini görüb Vahidə yaxınlaşdım. Üzünü yudum, daha sonra ağzını açaraq dilini çölə çıxardım. Vahidin nəfəs aldığını görüb hadisə yerindən uzaqlaşdım. Daha sonra polis əməkdaşları tərəfindən tutuldum”, - təqsirləndirilən şəxs qeyd edib.
 
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 11 il müddətinə azadlıqdan məhrum olunub. Sumqayıt Apellyasiya Məhkəməsi İlkin Muxtarovun şikayətini təmin etməyib. Ali Məhkəmə də şikayəti təmin etməyib.

15-07-2024, 11:40 126

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041