Rəfiyevin nüfuz savaşı – “Sumqayıt” şəxsi maraqların badına gedir


Ötən mövsüm tarixinin ən yaxşı dönəmlərindən birini keçirən “Sumqayıt” 6 oyundur qələbəyə həsrətdir. Bu oyunların yalnız birində komanda heç-heçə edə bilibsə, 5-də isə meydanı boynubükük tərk edib.
Yaxşı mövsüm keçirib avrokuboklara vəsiqə qazanan komandada birdən-birə çöküşün başlaması təsadüfü ola bilməz. Əslində klub mövsümə böyük söz-söhbətlərlə start verdi. Transfer qalmaqalı, rəhbərliklə-baş məşqçi arasında soyuq müharibə, klub daxilindəki davamlı maliyyə problemi, maaşların gecikməsi iddiası komandanın çıxışına da təsirsiz ötüşməyib.
Amma “Sumqayıt”ın uğursuz gedişatı sıradan bir komandanın yaşadığı enişə bənzəmir. Sanki bütün problemlər komandanın Konfrans Liqasına vəsiqə qazanmasından sonra başladı. Sanki Riad Rəfiyev bu uğurun ardından Samir Abasovu cəzalandırmaq sevdasına düşdü. Çünki diqqət etsəniz, ötən mövsüm komandanın uğurunda baş məşqçinin adı daha çox ön plana çəkilirdi və nəticənin böyük bir hissəsi Abasovun payına yazılırdı. Görünür bu, Rəfiyevi bir xeyli qəzəbləndirib. Elə bu səbəbdən bir anda klubda durum dəyişdi. Bəlkə klub rəhbəri bunun baş məşqçi tərəfindən edildiyini düşündü. Abasovun mətbuatla arasının yaxşı olması səbəbindən adının daha ön planda qaldığı zənn etdi. Və sanki bunun intiqamını alaraq, onu yalnız və çətin durumda buraxdı.
Təssəvvür edin ki, hər kəs – hətta baş məşqçi də daxil avrokubok matçına qədər transferlər gözləsə də, tam əksi baş verdi. Heç göndərilən oyunçuların belə yeri dolmadı. Abasov bir neçə dəfə bu barədə açıq şəkildə narazılıq bildirib. O, danışdı, danışdı və nəhayət susdu. Çünki qulaq asan yox idi.
“Sumqayıt” hazırda şəxsi eqonun, kibirin enişini yaşayır. Rəfiyevin ad davası, nüfuz dərdi o boyda şəhərin komandasını çətin duruma salıb. İndiki durumda gedişatı təxmin etmək çətin deyil. Böyük ehtimalla eniş bir-iki turda davam etsə, Abasovla yollar ayrılacaq. Nə qədər qəribə olsa da, bu ayrılıq şablon uğursuz baş məşqçinin göndərilməsi kimi yox, tamamən planlı, şəxsi eqo üzərindən baş verəcək.
Riad Rəfiyev yalnız Sumqayıt üçün yox, Azərbaycan futbolu üçün də arzuolunmaz simadır. Onu adı bu günə qədər bir çox mənfi hallarda çəkilib. Bundan sonra da azarkeşlərin, futbol ictimaiyyətinin yadında ancaq bu şəkildə qalacaq. Heyfislənəsi durum isə Sumqayıt kimi futbol şəhərinin komandasının belə bir şəxsin əlində qalmasıdır. Bundan sonra əsl söz “Sumqayıt” azarkeşlərindədir. Öz sevimli klublarını necə görmək istədiklərinə artıq onlar qərar verəcək. Ya şəhərin komandasını birdəfəlik xilas edəcəklər, ya da baş məşqçi dəyişikliyinə razı olub problemlərin üstünü örtəcəklər.

7-10-2024, 12:17 149

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041