Sumqayıtda “Şərəfi Sədaqət olanlar” adlı tədbir keçirilib - FOTOLAR

Sumqayıtda “Şərəfi Sədaqət olanlar” adlı tədbir keçirilib - FOTOLAR

Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində "Azərbaycan Vətənpərvərlər” İctimai Birliyinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin bir qolu olan Xüsusi Təyinatlı Qüvvələrin Azərbaycanın ərazi bütövlüyü uğrunda rəşadətlə canından keçmiş şəhid mənsublarının anım gününə həsr olunmuş "Şərəfi Sədaqət olanlar” adlı tədbir keçirilib.
 
Xeberle.com xəbər verir ki, tədbir canlarını vətənin azadlığı və suverenliyi yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlanıb. Tədbirdə milli ordunun yaranmasının Azərbaycan xalqının milli dövlətçilik və milli özünütəsdiq tarixinin ən önəmli mərhələlərindən biri olması, milli ordunun tərkib hissəsi sayılan Xüsusi Təyinatlı Qüvvələrin ümummilli lider Heydər Əlirza oğlu Əliyevin sərəncamına əsasən 1999-cu il aprelin 30-da yaradılması, müxtəlif ölkələrin təlim mərkəzlərində keçirilən kurslarda iştirak etməsi və dəfələrlə ABŞ, Türkiyə, Pakistanda keçirilən yarışlarda yüksək nailiyyətlər qazanmalarından söz açılıb.  Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyətindən İkinci Qarabağ müharibəsində iştirak etmiş 32 nəfərin Vətən Müharibəsi Qəhrəmanı medalı ilə, 2 nəfərin " Zəfər” ordeni ilə, 57 nəfərin "Qarabağ” ordeni ilə təltif edilməsi qeyd olunub. Qeyd edilib ki, 44 günlük Vətən müharibəsində Xüsusi Təyinatlı Qüvvələrin şah əsəri Qarabağın zümrüd qaşı olan Şuşanın işğaldan azad olunması idi. Ardınca rəşadətli ordumuzun bir parçası olan Xüsusi Təyinatlı Qüvvələr haqqında hazırlanmış kiçik süjetli videoçarxa tamaşa edilib. Videoçarx izləndikdən sonra 21 il Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmiş, İkinci Qarabağ savaşının canlı şahidi, "Azərbaycan Vətənpərvərlər” İctimai Birliyinin sədri, Sumqayıt şəhər Tibb Mərkəzinin mühafizə bölməsinin rəhbəri qazi Mahir Məmmədov 44 günlük Vətən müharibəsində şanlı ordumuzun qələbəsindən danışıb.  Minlərlə qazilərimizin əzalarını itirmələrinə baxmayaraq, qələbə sevincinin onların ağrılarını qismən də olsa, azaltmalarını deyərək şəhid ailələrinə səbir, şəhid qardaşlarına rəhmət, qazilərə sağlıq diləyib. Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Milli Məclisinin üzvləri Müşfiq Məmmədli, Səbinə Xasayeva, Ceyhun Məmmədov Qarabağ müharibəsi əlillərinə, veteranlarına və şəhid ailələrinə göstərilən yüksək dövlət qayğısının əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayıb, ümummilli liderin bu təbəqədən olan insanlara göstərdiyi qayğı, bu istiqamətdə yürütdüyü dövlət siyasətinin onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən söz açıblar. Ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən şəhid ailələri, müharibə veteranları, Vətən müharibəsi qaziləri ilə bağlı müxtəlif layihələrin həyata keçirilməsi, şəhid ailələri, qazilər və əhalinin digər həssas qruplarına aid insanlara diqqət və qayğının göstərilməsi, onların rifah halının yaxşılaşdırılmasının dövlətimizin yürütdüyü siyasətin prioritet istiqamətlərindən biri olduğu vurğulanıb.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın şəhid anaları ilə görüşlərinin birində səsləndirdiyi fikrə toxunan aparıcı şəhid anaları olan qəhrəman analarını səhnəyə dəvət edib. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin giziri, "Cəbi” ləqəbli Vətən Müharibəsi Qəhrəmanı şəhid kəşfiyyatçı Sübhan Cəbrayılovun anası Ləzifə Cəbrayılova, Vətən Müharibəsi Qəhrəmanı Anar Şükürovun anası Emma Şükürova, Xüsusi Təyinatlı Qüvvələr mənsubu, şəhid Əhmədov Laçının anası Züleyxa Laçınova vətənə qurban etdikləri oğullarının əziz xatirəsini daim sinələrində daşıdıqları xatirə bayazında qoruyub saxladığı kimi, onların qəhrəmanlıqlarını da tədbir iştirakçıları ilə bölüşüblər.
Əməli ilə vətənpərvərlik keyfiyyətini gənc nəslə aşılayan "Azərbaycan Vətənpərvərlər” İctimai Birliyinin təsisçisi, Azərbaycan "Ümid” partiyasının sədr müavini Elvin Mahmudzadə, cəmiyyətdə vətənpərvərlik hiss və duyğularının təbliğinə can atan, təhsil sistemində, təhsilin məzmununda vətənpərvərlik tərbiyəsinin önəminin daha da yüksəldilməsinə çalışan vətənpərvər yazar Xəyalə Maarifqızı Vətənpərvərlik fəlsəfəsinin hər bir Azərbaycan vətəndaşının, hər bir Azərbaycan əsgərinin, Azərbaycan uşaq və gəncinin simasında özünün ifadəsini tapdığını qeyd ediblər. Çıxış edən Vətən müharibəsinin qazisi, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan baş giziri, "Azərbaycan Vətənpərvərlər” İctimai Birliyinin Sumqayıt şəhər təşkilatının sədri Vasif Məlikov Ali Baş Komandan İlham Əliyevin Xüsusi Təyinatlı Qüvvələrə yüksək diqqət yetirməsindən danışıb. Çıxışlardan sonra tədbir vətənpərvərlik ruhunda bəstələnmiş ədəbi- bədii kompozisiyalar və xatirə şəkillərinin çəkilməsi ilə davam edib.

21-10-2024, 11:57 186

Digər xəbərlər

SDU-da Elmi Şuranın 2024/2025-ci tədris ilinə həsr olunmuş yekun iclası keçirilib - FOTO

Sumqayıtda dezinfeksiya tədbirləri davam etdirilir - FOTO

Şəhid Ülvi Qulamlıya həsr olunmuş videoçarx təqdim edildi - MİNGƏÇEVİRDƏN FOTOLAR

50 yaşdan yuxarı ulduzların dərisini gənc saxlayan 6 axşam vərdişi

Sumqayıt TV işıqlandırdı, problem həll olundu – Koroğlu küçəsində piyada keçidi çəkildi - FOTO

Sumqayıt-Quba və Lənkəran-Sumqayıt marşrut xətləri müsabiqəyə çıxarılıb

Telli Pənahqızı bu televizyanın rəhbəri oldu

"Sumqayıt Xovlu İplik" fabrikindən 10 minlik oğurluq - Gözətçilər saxlanıldı

Sumqayıt yolu və ətraf ərazilərdə elektrik kəsintisi olacaq

Sumqayıt Bələdiyyəsində növbəti vətəndaş qəbulu keçirildi FOTOLAR

Sumqayıt Bələdiyysi şəhər Ağsaqqallar Şurasında görüş keçirib-FOTOLAR .

Sumqayıtda məhəllə komitələrinin seçkilərinə start verildi - FOTOLAR

Əbu-Dabi görüşü: “Azərbaycan sülh prosesinə prinsipial yanaşır"

SDU-da təkrar ali təhsil üzrə namizədlərlə müsahibə mərhələsi keçirilib - FOTOLAR

Sumqayıt Bələdiyyəsində dəyişiklik - - FOTO

Sumqayıtda evdən pul və qızıl oğurlayan şəxslər saxlanılıb

Teymur Səmədova "Fəxri professor" adı verildi - TƏBRİK EDİRİK

Sumqayıtda avtomobil kanala aşıb - Foto

Sumqayıtın tanınmış ictimai-siyasi siması Qüdrət Kərimov vəfat edib

İyulun pensiyası ilə bağlı vacib MƏLUMAT

1 2 3 4 5 6 7 8 9 10 ... 964
Dünən, 16:35
Dünən, 16:24
Dünən, 15:58
Dünən, 14:22
Dünən, 12:29
Dünən, 12:03
Dünən, 11:54
Dünən, 11:52
Dünən, 11:49
Dünən, 11:40
Dünən, 01:06
Dünən, 00:47
Dünən, 00:26
10-07-2025, 01:40
10-07-2025, 00:50
9-07-2025, 17:50
9-07-2025, 17:25
9-07-2025, 09:24
8-07-2025, 21:14
8-07-2025, 17:10
8-07-2025, 17:05
8-07-2025, 12:00
8-07-2025, 11:56
7-07-2025, 16:28
7-07-2025, 14:37
6-07-2025, 23:22
5-07-2025, 19:02
5-07-2025, 14:17
5-07-2025, 12:03
5-07-2025, 11:09
5-07-2025, 01:53
4-07-2025, 16:10
4-07-2025, 14:30
4-07-2025, 13:51
3-07-2025, 18:34
3-07-2025, 17:57
3-07-2025, 17:47
3-07-2025, 17:43
3-07-2025, 17:30
3-07-2025, 17:26
1 2 3 4 5 6 7 8 9 10 ... 964