Bakı, Abşeron və Sumqayıtda yerləşən hotellər COP29-un qonaqlarını qarşılamağa tam hazırdır


Bakı, Abşeron və Sumqayıtda yerləşən hotellər COP29 tədbirinə gələcək qonaqları yüksək səviyyədə qarşılamağa tam hazırdır. Bu ərazilərdə yerləşən hotellərin ulduz təsnifatı prosesi artıq tamamlanıb. Ümumilikdə Bakı, Abşeron və Sumqayıtda 220 hotelə müvafiq ulduz dərəcəsi təyin edilib.
Bunu AZƏRTAC-a məxsusi açıqlamasında Azərbaycan Hotel Assosiasiyasının (AHA) baş icraçı direktoru Günay Sağlam deyib.
Onun sözlərinə görə, AHA tərəfindən hotellərin xidmət keyfiyyətinin yüksəldilməsi üçün konsultasiyalar aparılıb. Dövlət Turizm Agentliyinin dəstəyi ilə Azərbaycan Hotel Assosiasiyası Bakı, Abşeron və Sumqayıtda yerləşən hotellərin əməkdaşları üçün 12 moduldan ibarət İxtisaslaşmış hotelçilik təlimləri keçirib. Təlimlər qonaq məmnuniyyətinin birbaşa bağlı olduğu ön büro, təmizlik xidməti, iaşə xidməti və idarəetmə istiqamətlərini əhatə edib.

"Çox şadıq ki, hotellər də bu təlimlərdə böyük maraqla iştirak etdilər. Ümumilikdə 250 hoteldən 1500-dən çox hotel əməkdaşı təlimlərə qatıldı, təlim materialları ilə təmin edildilər. Təlimlər zamanı hotel əməkdaşları ilə yalnız xidmət sahəsi üzrə deyil, həmçinin COP29 tədbiri ilə bağlı da məlumatlar paylaşıldı. COP29 müddətində ciddi diqqət ayrılmalı olan təhlükəsizlik tədbirləri, qonaqların profili, hotellərdə dayanıqlılıq təcrübələrinin tətbiqi haqqında hotel əməkdaşları və rəhbərlərinə COP29 Əməliyyat Şirkətinin əməkdaşları tərəfindən məlumat verildi və təlimatlar paylaşıldı”, - deyə Günay Sağlam bildirib.

24-10-2024, 13:16 164

Digər xəbərlər

Azərbaycanda uşaqpulu verilə bilərmi? – İqtisadçıdan diqqətçəkən açıqlama

Bu gün Azərbaycanda hava dəyişkəndir – yağış və külək gözlənilir

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 10:35
Bu gün, 08:00
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
1 2 3 4 5 6 7 8 9 10 ... 1041