Sumqayıtda antisanitariya: "Zibil qabları günlərlə daşınmır" - FOTO



"Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində zibillər vaxtında yığışdırılmır. Üfunət səbəbindən ərazidən keçmək mümkün deyil".
Sumqayit.tv bildirir ki, bunu Bakupost.Az-a şikayət edən Sumqayıt sakinləri deyib.Onların sözlərinə görə, yaxınlıqda böyük supermarket yerləşir. Sakinlərdən başqa, market də xarab olan məhsulları və zibilləri ora atır:"Ərazidə antisanitariyya vəziyyəti hökm sürür. Zibil konteynerləri günlərlə boşaldılmır. Bu, həm ətraf mühitə ziyan vurur, həm də insanların sağlamlığına ciddi təhlükə yaradır. Hər gün eyni mənzərə ilə qarşılaşırıq. Zibil tullantıları vaxtında yığışdırılmadığı üçün ətrafa pis qoxu yayılır. Konteynerlərdə yer olmadığı üçün sakinlər zibili yerə atmağa məcbur olur".Məsələ ilə bağlı Sumqayıt Bələdiyyəsinin mətbuat katibi Səbuhi Allahverdizadə Bakupost.az-a ada bildirib ki, bələdiyyənin yaranmış vəziyyəti birbaşa həll etmək imkanı yoxdur, sakinlər isə siqnal xidməti vasitəsilə müəyyən məbləğ qarşılığında əraziyə xüsusi məişət tullantıları maşını cəlb edə bilərlər:"Şəkillər və videolardan görünür ki, antisanitariya vəziyyətin yaranmasında yaxınlıqdakı supermarketin böyük rolu var. Çünki məişət tullantılarının qalaqlanıb qaldığı yer həmin obyektə çox yaxındır. Problemin tam həlli üçün Sumqayıt İcra Hakimiyyəti ilə əlaqə saxlanılması məqsədəuyğundur," - deyə o əlavə edib.Sumqayıt İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayevlə də əlaqə saxladıq. O, Bakupost.az -a problemin əsas səbəbkarı kimi yaxınlıqdakı böyük supermarketin fəaliyyətini göstərdi:"Supermarketə ərazinin təmizliyini nəzarətdə saxlamaq və tullantıların vaxtında yığışdırılması üçün ciddi tapşırıq verilib. Hazırda həmin ərazi zibillərdən tamamilə təmizlənib", - deyə Eyvaz Qocayev bildirdi.




26-11-2024, 11:02 154

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041