Şəhərin ictimai həyatına töhvə vermək istəyən namizəd, sağlamlıq keşikçisi Şükür Əliyev


Sumqayıt Bələdiyyəsinə üzvlüyünə namizədlərdən biri də ehtiyatda olan polkovnik, hərbi həkim və hazırda fəaliyyətini Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasının Poliklinika şöbəsinin müdiri kimi davam etdirən Şükür Əliyevdir. 

Şükür Əliyevi yaxından tanıyaq. 

Haşiyə: Şükür Məmməd oğlu Əliyev 10 iyun 1977-ci il tarixində Sumqayıt şəhərində anadan olub. Əslən Qərbi Azərbaycandandır.
Şükür Əliyev ibtidai təhsilə 1984-cü ildə Sumqayıt şəhərində yerləşən 29 nömrəli orta məktəbdə başlayıb və həmin məktəbi 1994-cü ildə fərqlənmə attestatı ilə tamamlayıb.
Təhsildəki nailiyyətləri ilə bərabər idman sahəsində də Şükür Əliyevin nailiyyətləri çox olub. Boks idman növündə məktəb illərində Sumqayıt, Bakı, Azərbaycan, Ukrayna, SSRİ çempionu titullarını qazanıb, idman ustalığına namizədliyi təsdiqlənib. Şükür Əliyev boks üzrə 12 dəfə I yer, 2 dəfə II yer, 1 dəfə III yer çempion adlarına layiq görülüb.
O, orta məktəbi bitirdikdən sonra 1994-cü ildə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsinə qəbul olub və 2000-ci ildə həmin ixtisas üzrə ali təhsilini tamamlayıb. 2001-ci ildə anestizioloq-reanimatoloq ixtisası üzrə qırmızı diplomla bitirərək həkim adını qazanıb.
Ş. Əliyev ali təhsilini tamamladıqdan sonra – 2001-ci ildən hərbi xidmətdə olub. İlk xidməti Ağdamdan başlayıb. 14-dən çox hərbi hissə və tibb müəssisəsində xidmət edib. 
Hərbi xidməti dövründə Şəmkir, Lənkəran, Ələt hərbi hospitallarının komandiri, hərbi qanköçürmə stansiyasının rəisi vəzifələrini layiqincə yerinə yetirib. III Ordu korpusunda tibb xidməti rəisi işləyib.
Hərbi həkim olan Ş. Əliyev xidmətinin 10 ilini ön cəbhədə xidmət edib, Aprel döyüşlərində, II Qarabağ – Vətən Müharibəsi dövründə xidməti vəzifəsindən başqa təşəbbüs göstərərək könüllü olaraq müharibədə iştirak edib. 
Şükür həkim döyüş bölgəsində yaralılara bilavəstə tibbi yardım göstərməklə bərabər, onların təxliyyə edilməsində fəal iştirak edib və 2021-ci ildə Daşkəsən-Kəlbəcər istiqamətində keçirilən antiterror əməliyyatlarının iştirakçısı olub.
Həkim Şükür Əliyev rəhbərlik tərəfindən dəfələrlə medal, Fəxri fərmanla təltif olunub.
Azərbaycan Silahlı Qüvvələrindən polkovnik olaraq ehtiyata buraxılan Ş. Əliyev hazırda Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasının Poliklinika şöbəsinin müdiri olaraq vətəndaşlara xidmət göstərir. 
Ailəlidir, 4 övladı – 3 qızı, 1 oğlu var.

Ş Əliyev deyir ki, son illərdə Prezident İlham Əliyev tərəfindən ölkəmizdə aparılan islahatlar daha da dərinləşdirilib. Bu islahatlar cəmiyyətin bütün sahələrini əhatə edib: "Cənab Prezident də çıxışlarında bildirib ki, Azərbaycanda dövlət idarəçiliyinə yeni model gətirilməlidir. Bu çağırışları nəzərə alaraq bir gənc kimi hesab etdim ki, ölkəmizdə baş tutacaq bələdiyyə seçkilərində iştirak edim. Düşünürəm ki, Azərbaycanda baş verən islahatların fonunda bələdiyyələr də islahatlar kursuna uyğun formalaşmalıdır. Ona görə də doğulduğum, yaşadığım Sumqayıt şəhərindən üzvü olduğum Yeni Azərbaycan Partiyasından (YAP) namizədliyim irəli sürülüb. Azərbaycanın yaratdığı yeni reallıqlar ölkəmizin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Ölkəmizin hər bir uğurunda YAP-ın müstəsna rolu var. Dövlətimiz genişmiqyaslı islahatlar aparır. Bu islahatların nəticələri gündəlik həyatda, ölkənin iqtisadi göstəricilərində, sosial sahədə əldə edilmiş nailiyyətlərdə əksini tapır.Seçki prosesində iştirak edərək YAP-ın namizədlərini dəstəkləməklə seçicilər firavan gələcəyə imza atmış olacaqlar. Bu konteksdə seçicilər etimad göstərərsə, şəhərimizin inkişafına töhfə vermək istəyirəm”.

Ş. Əliyev qeyd edib ki, 2020-ci ildə Vətən müharibəsində qazanılmış şanlı Zəfər nəticəsində Ermənistanın 30 il davam edən işğalçılıq siyasətinə son qoyulub, ölkəmizin ərazi bütövlüyü bərpa edilib: "2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror tədbirləri nəticəsində isə dövlətimizin suverenliyi onun bütün ərazisində bərqərar olunub. Bunun nəticəsi olaraq ölkəmiz özünün keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Prezident, YAP Sədri İlham Əliyevin rəhbərliyi ilə son illər tarixi qələbələr əldə edildiyini, ictimai-siyasi həyatın, dövlət idarəçiliyinin bütün sahələrində çoxşaxəli və məqsədyönlü islahatların uğurla və ardıcıl şəkildə həyata keçirilir.Bütün bunlara görə, Prezident İlham Əliyevə minnətdar olmalıyıq”.

Bələdiyyə üzvlüyünə namizəd YAP-n bələdiyyə seçkilərinin favoriti olduğunu və Sumqayıt seçicilərinin böyük etimad göstərəcəyinə əminliyini ifadə edib: "Hesab edirəm ki, yanvar ayının 29-da baş tutacaq növbəti bələdiyyə seçkiləri ölkəmizdə seçki demokratiyasına növbəti töhfəsini verəcək. YAP bu bələdiyyə seçkilərində də uğuru ilə fərqlənəcək”.

Qeyd edək ki, Sumqayıt Bələdiyyəsinə 19 üzvlük uğrunda 53 namizəd mübarizə aparacaq.


Şəhərin ictimai həyatına töhvə vermək istəyən namizəd, sağlamlıq keşikçisi Şükür Əliyev
Şəhərin ictimai həyatına töhvə vermək istəyən namizəd, sağlamlıq keşikçisi Şükür Əliyev
Şəhərin ictimai həyatına töhvə vermək istəyən namizəd, sağlamlıq keşikçisi Şükür Əliyev
Şəhərin ictimai həyatına töhvə vermək istəyən namizəd, sağlamlıq keşikçisi Şükür Əliyev
Şəhərin ictimai həyatına töhvə vermək istəyən namizəd, sağlamlıq keşikçisi Şükür Əliyev


25-01-2025, 17:07 94

Digər xəbərlər

Prezident İlham Əliyevin müsahibəsi Azərbaycanın xarici siyasətində balanslı və çoxşaxəli yanaşmanı nümayiş etdirir

Xalqına sədaqətlə xidmət edən ailə - FOTO

Sumqayıtda çörək sexində yanğın söndürüldü - Foto

Sumqayıtda velosiped idmanına dəstək layihəsi

Sumqayıt teatrında iz qoymuş sənətkarın doğum günüdür

Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına MÜSAHİBƏSİ –TAM MƏTN

Bu universitetlər tələbələri rektorsuz qarşılayacaq - Siyahı

Sumqayıtda dağıdıcı zəlzələ gözlənilir? - Qurban Yetirmişlidən açıqlama

Elnarə Akimova: "Mədəniyyətimizin və tarixi irsimizin qoruyucusunun dünyaya gəldiyi gündür"

Bu ilin ən yaşlı tələbəsi ali təhsilini Sumqayt Dövlət Universitetində oxuyacaq

Ekspert: Sumqayıtda da mənzillərin qiyməti bahalaşa bilər

Avtomobilinə boşanma elanını yazdı, sosial şəbəkələrdə gündəm oldu - FOTO

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Sumqayıt sakinləri diqqətli olsun – Müdafiə Nazirliyindən xəbərdarlıq

Sumqayıtda 90 min manatlıq avtobus dələduzluğu işi məhkəmədə barışıqla bitdi

Sumqayıt-Horadiz marşrutu üzrə müsabiqənin qalibi müəyyənləşdi

Sumqayıtin bu ərazisində qazın verilməsi dayandırılacaq

Sumqayıtda qanunsuz tikililərlə bağlı yeni işçi qrupu yaradılıb

672 balla Tibb Universitetinə qəbul olan Səccad İsgəndərli – Məktəbimizin fəxri- FOTO

Bu gün Sumqayıtda hava necə olacaq?

1 2 3 4 5 6 7 8 9 10 ... 962
Dünən, 17:12
Dünən, 16:29
Dünən, 16:08
Dünən, 14:50
Dünən, 14:42
Dünən, 13:43
Dünən, 13:22
Dünən, 12:02
26-08-2025, 14:43
26-08-2025, 13:28
26-08-2025, 13:20
26-08-2025, 11:38
26-08-2025, 11:28
25-08-2025, 18:26
25-08-2025, 16:49
25-08-2025, 16:45
25-08-2025, 15:35
25-08-2025, 12:57
25-08-2025, 11:59
25-08-2025, 10:35
24-08-2025, 14:49
23-08-2025, 23:59
23-08-2025, 15:44
22-08-2025, 20:00
22-08-2025, 14:21
22-08-2025, 12:32
22-08-2025, 12:28
22-08-2025, 12:05
21-08-2025, 19:57
21-08-2025, 17:42
21-08-2025, 17:34
21-08-2025, 15:28
21-08-2025, 13:08
21-08-2025, 10:16
21-08-2025, 00:04
20-08-2025, 20:34
20-08-2025, 15:52
20-08-2025, 15:38
20-08-2025, 15:20
20-08-2025, 11:01
1 2 3 4 5 6 7 8 9 10 ... 962