“Sumqayıt”da yeni anlaşma – stadionun adı dəyişdi

“Sumqayıt” Futbol Klubu ilə “SOCAR Polymer” MMC arasında sponsorluq müqaviləsi imzalanıb.
Sumqayit.tv Futbolpress.az-a istinadən  xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt Şəhər Stadionunun Mətbuat zalında təşkil olunan imza mərasimində hər iki qurumun rəhbərliyi, əməkdaşları, həmçinin digər tərəfdaş şirkətlərin nümayəndələri iştirak ediblər.
Əvvəlcə çıxış edən “Sumqayıt” FK-nın prezidenti Riad Rəfiyev əməkdaşlığın önəmindən bəhs edib və vurğulayıb ki, son zamanlar bütün dünyada geniş vüsət alan iri şirkətlərin idmana investisiya etmə tendensiyasının Azərbaycanda da yayılması ölkə futboluna böyük töhfə verəcək. Rəfiyev həmçinin qeyd edib ki, bu əməkdaşlıq hər iki quruma gələcəkdə inkişaf yolunda böyük təkan olacaq.
Daha sonra “SOCAR Polymer” MMC-nin Baş direktoru Fuad Əhmədov çıxış edib və o da öz növbəsində bu əməkdaşlıqdan məmnun olduqlarını, həm Sumqayıt şəhərinin idman həyatına, həm də ölkə futboluna daim dəstək olacaqlarını vurğulayıb. Əhmədov bildirib ki, bu yöndə fəaliyyətlərini gələcəkdə də davam etdirəcəklər.
Daha sonra iki qurumun rəhbərliyi arasında rəsmi əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi olub.
Razılaşmaya əsasən, “Sumqayıt” FK-nın təlim-məşq bazası bundan sonra “SOCAR Polymer Arena” adlanacaq. Həmçinin həm bazada, həm də Mehdi Hüseynzadə adına Sumqayıt Şəhər Stadionunda “SOCAR Polymer” brendinin bannerləri və reklam lövhələri yerləşdiriləcək.
Bundan əlavə, klubun rəsmi oyun formalarında “SOCAR Polymer” şirkətinin loqosu həkk olunacaq.

14-02-2025, 15:53 153

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041