Sumqayıtın iqtisadi inkişafı ilə bağlı son göstəricilər açıqlandı


Sumqayıt şəhərinin 2024-cü ilin yanvar-dekabr aylarına aid sosial-iqtisadi göstəriciləri məlum olub.
Sumqayit.tv xəbər verir ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayevin APA-ya verdiyi məlumata görə, ötən il şəhərin iqtisadiyyatında nəzərəçarpacaq inkişaf qeydə alınıb. 2024-cü ildə ümumi məhsul və xidmətlərin həcmi 4 milyard 837 milyon 409,3 min manata çatıb ki, bu da 2023-cü illə müqayisədə 1,1 faiz artım deməkdir. Ümumi məhsul buraxılışında istehsal sahələrinin payı 84,3 faiz, xidmət sahələrinin payı isə 15,7 faiz təşkil edib.Sənaye sektorunda da müsbət dinamika müşahidə olunub. Ötən il iri, orta, kiçik sahibkarlıq subyektləri, ev təsərrüfatları və fərdi sahibkarlar tərəfindən istehsal olunan mal və xidmətlərin həcmi əvvəlki illə müqayisədə 1,2 faiz artaraq 3 milyard 775 milyon 504,5 min manata yüksəlib.Şəhərin iqtisadi və sosial inkişafına yatırılan investisiyalar da artıb. 2024-cü il ərzində bütün maliyyə mənbələrindən əsas kapitala 339 milyon 160,2 min manat vəsait yönəldilib. Bunun 282 milyon 609,3 min manatı tikinti-quraşdırma işlərinə sərf olunub. Əsas kapitala yatırılan vəsaitlərin 58,2 faizi dövlət sektorunun, 41,8 faizi isə qeyri-dövlət sektorunun payına düşüb.Pərakəndə ticarət dövriyyəsində də artım müşahidə edilib. Ötən il istehlakçılara 1 milyard 885 milyon 817,2 min manatlıq məhsul satılıb. Bunun 467 milyon 608,7 min manatı (24,8 faiz) ərzaq məhsulları, içkilər və tütün məmulatları, 1 milyard 418 milyon 208,5 min manatı (75,2 faiz) isə qeyri-ərzaq malları olub.Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri isə 2023-cü illə müqayisədə real ifadədə 8,6 faiz artaraq 416 milyon 728 min manata çatıb. Bu xidmətlərin 67,6 faizi (281 milyon 541,4 min manat) hüquqi şəxslər tərəfindən göstərilib.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0703334950 (Whatsapp)

18-02-2025, 10:50 223

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041