Şərəfli ömür yolunun 75-ci çağı-FOTOLAR

Bu gün bir qadından danışım sizə,
Anadır, bacıdır, dostdur, sirdaşdır.
Zəhmətkeş, qayğıkeş, gözəl ürəkli,
İşinin ustadı, dostlar gərəyi.
Ziyalı insandır, peşəkar xanım,
Hamının sevimlisi Qətibə xanım.
Danışsam haqqında bir kitab azdır,
Etdiyi köməklər, tutduğu əllər,
Dara düşən zaman bir tanış insan,
Çarədir, həmdəmdir gözəl ürəyi.
Yaraya dərmandır sözü, əməli,
Sizə arzularımız sonsuz, sərhədsiz,
Daima döyünsün gözəl qəlbiniz!

1950-ci ilin soyuq bir qış günündə, kiçik çillənin bitdiyi gündə 26 fevralda Azərbaycanın dilbər güşəsi olan Zəngilan rayonunda tanınmış nəsillərin ailəsində bir qız uşağı dünyaya göz açdı.

Söhbət ömrünün 75-ci baharını yaşayan dəyərli insan, peşəkar pedaqoq, əsl müəllim, fədakar ana, qayğıkeş bacı, sevimli qayınana və istəkli nənə Qətibə Əsədovadan gedir. 

O, səkkizillik təhsilini Zəngilan şəhər orta məktəbində almış, 1965-ci ildə ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçdükdən sonra orta təhsilini burada başa vurmuşdur. Ali təhsilini isə Azərbaycan Pedaqoji İnstitutunun Məktəbəqədər təhsilin psixologiyası və pedaqogikası fakültəsində almışdır. 
Ali təhsilli pedaqoq olan Qətibə xanım təhsilin müxtəlif pillələrində çalışıb. O, məktəbəqədər təhsil, daha sonra xüsusi qayğıya ehtiyacı olan uşaqlarla iş və nəhayət ömrünün müdrik çağında əmək veteranları ilə çalışıb. Bütün sahələrdə qeyri-adi idarəçilik fəaliyyətinə malik bir insan olduğunu sübut edərək dərin hörmət qazanmışdır.

Əmək fəaliyyətinə 53 nömrəli uşaq bağçasında metodist kimi başlayıb. Uzun illər Sumqayıt şəhər 48 nömrəli uşaq bağçasının müdiri vəzifəsində işləyib. Həmin illərdə "Qabaqcıl maarif xadimi" adına layiq görülüb. Qətibə xanım Şağandakı sağlamlıq imkanları məhdud olan uşaqlar üçün İnternat evinin direktoru, daha sonra Saray qəsəbəsindəki İnternat evinin direktoru və nəhayət Müharibə və Əmək vəteranlarının Pansionatında direktor vəzifəsində çalışıb. 

İnsanların ən yaxşısı xalqa daha çox faydası olanlardır. Qətibə xanım pedaqoji fəaliyyətlə məşğul olmaqla yanaşı,ondan kömək, dəstək istəyən insanlara da daima zaman ayırmış, istənilən köməyi əsirgəməmişdir.     

Adətən insan müəyyən yaş həddinə çatanda, deyirlər ki, o, ömrünün müdriklik çağını yaşayır. Lakin müdriklik heç də yaşla ölçülmür. Müdriklik insanın ən ali məziyyətlərindən biridir. O, həm də inanılmış, sabit və etibarlı sərvətdir. Fəlsəfi düşüncə tarixində deyildiyi kimi, qüvvət, gözəllik və həqiqətə tapınma insanın bu ali məziyyətə sahib olması haqqı və səlahiyyəti ilə bağlıdır.

Qətibə xanım, məhz belə simalardandır. O, həmişə insanlara örnək olmuş, öz xeyirxah əməlləri ilə onlara həm maddi, həm də mənəvi dəstək göstərmişdir.

75 yaş ömrün müdrik çağıdır. Ömür kitabınızın 75-ci səhifəsi xoş xatirələrlə zəngin olsun. 75 yaşa "ömrün qızıl payızı” da deyirlər. Onun bu qızılı payızdan sonra gələn və ömrünə parlaq qar dənəcikləri kimi min bir naxış vuracaq müdrik, bəmbəyaz qışı da çox aydın görünür. Yol şəffaf olanda bu başından o biri başını görmək çətin olmur...

Mənalı ömrünü xalqına, elinə-obasına, təhsilin inkişafına həsr etmiş Qətibə xanımı yubileyi münasibətilə təbrik edir və deyirik: «Sizi tanıyanlar sizinlə fəxr edir Qətibə xanım! Yubileyiniz mübarək!”

Yusif Oğuz




















25-02-2025, 11:20 362

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041