
Bu gün Azərbaycan millisi Haiti yığmasıyla yoxlama oyunu keçirəcək.Sumqayit.tv-in məlumatına görə, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq görüşə maraq azdır. Qarşılaşmaya cəmi 2000 bilet satılıb.
Azərbaycan – Haiti oyunu bu axşam saat 21:45-də start götürəcək. Görüş “CBC Sport” kanalından canlı yayımlanacaq.