Sumqayıt Bələdiyyəsi internat tipli Gimnaziyada tədbir keçirib-FOTO

 29 aprel 2025-ci il tarixində Sumqayıt Bələdiyyəsinin Gender Bərabərliyi komissiyasının təşkilatçılığı ilə "Erkən Nikahlara Son" mövzusunda Sumqayıt şəhər General M.Əsədov adına İnteqrasiya Təlimli Internat tipli Gimnaziyada tədbir keçirilmişdir.Tədbirdə Sumqayıt Bələdiyyəsinin sədr müavini, Gender Bərabərliyi komissiyasının sədri Nərmin Mehdiyeva,Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı yanında Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın aparıcı məshələtçisi Aynur Eyvazova,General M.Əsədov adına İnteqrasiya Təlimli İnternat tipli Gimnaziyanın direktoru Qönçə Hüseynova, Sumqayıt Bələdiyyəsinin Gender Bərabərliyi Komissiyasının üzvü,bələdiyyə üzvü,31 nömrəli tam orta məktəbin direktoru Leyla Əliyeva,Abşeron-Xızı Regioanl Təhsil İdarəsinin aparıcı məsləhətçisi Reyhanə Rüstəmova, Gender Bərabəliyi komisiyasının üzvü, Sumqayıt Bələdiyyəsi Kimyaçılar qəsəbəsi və Maral Göl üzrə 1 saylı məhəllə komitəsinin sədri Solmaz Zeynəddinova çıxış etmişlər.
Tədbiri giriş nitqi ilə açan Sumqayıt Bələdiyyəsinin Gender Bərabərliyi Komissiyasının sədri Nərmin Mehdiyeva öz çıxışında bura toplaşmağımızın səbəbi, sadəcə bir problemə toxunmaq deyil — cəmiyyətimizin gələcəyini formalaşdıran gənclərimizin həyatına, sağlamlığına və inkişafına göstərilən mənfi təsirlərə diqqət çəkməkdir.Erkən nikah — uşaqlığın yarımçıq qırılması, təhsilin yarıda qalması, sosial hüquqların məhdudlaşdırılması deməkdir. Bu məsələ təkcə fərdi faciə deyil, ümumilikdə bir cəmiyyətin inkişafına zərbə vuran çox ciddi bir sosial problemdir.Bugünümüzü və gələcəyimizi qorumaq üçün biz birgə düşünməliyik.
Uşaqların təhsil hüququnu necə qoruya bilərik?

Gənclərin erkən yaşda ailə həyatı qurmasının qarşısını necə ala bilərik?

Valideynlərə və cəmiyyətə maarifləndirməyi necə çatdıra bilərik?

Erkən nikahların qarşısını almaq üçün hüquqi mexanizmlər, maarifləndirici proqramlar və ailə institutunun gücləndirilməsi ən əsas prioritetlərdəndir. Azərbaycanın qanunvericiliyində də bu məsələyə xüsusi diqqət yetirilir:Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən, nikah yaşı 18-dir və bu yaşa çatmadan evlənmək qanunsuz hesab edilir.Uşaqların hüquqlarının qorunması haqqında qanunlar onların erkən yaşda zorla nikaha cəlb olunmasının qarşısını almağa yönəlib.

Bizi buraya toplayan məqsəd sadəcə problemi göstərmək deyil, onun həlli yolları barədə düşünmək və hamılıqla fəaliyyət göstərməkdir.
Unutmayaq: hər bir erkən nikah – itirilmiş arzular, itirilmiş gələcək deməkdir.

Tədbirdə edilən çıxışlar “ erkən nikahın təhlükələrindən,Azərbaycan Respublikası Qanunvericiliyində öz əksini tapan uşaq hüququ və onun müdafiəsindən,hansı maarifləndirmə işləri aparılmalıdır,internet və sosial şəbəkələrdən övladlarımızı necə qorumalıyıq,təhsilə imkanları necə artırılmalıdır” və bu kimi sualları əhatə etmişdir və mövzu ətrafında müzakirə aparılmışdır.

Biz inanırıq ki, bu gün bu tədbirdə səsləndirilən fikirlər, paylaşılan ideyalar və veriləcək tövsiyələr gələcəkdə erkən nikahların sayının azalmasına və sağlam, savadlı, xoşbəxt bir cəmiyyətin formalaşmasına töhfə verəcəkdir.

Bir uşaq həyatına qoyulan vaxtsız yük gələcəyə xəyanətdir.

 

 

 

 

 

 

 

 

30-04-2025, 11:19 347

Digər xəbərlər

Sumqayıtda şirniyyat sexləri müzakirə mövzusunda: sosial şəbəkə rəyləri nə deyir?

Sumqayıt gimnaziyasında baş verən hadisə məhkəməyə daşındı

Leyla Əliyeva şəhid ailəsini ziyarət etdi - Fotolar

Sumqayıtda yeni tullantı sutəmizləyici qurğu tikiləcək

Prezident: Dövlət Proqramı çərçivtın su təchizatı əhəmiyyətli dərəcədə yaxşılaşacaqəsində Sumqayı

Sumqayıtda ölümlə nəticələnən yol qəzası

Sumqayıtda yerləşən regional filiala yeni müdir təyin olunub

Sumqayıtda kadr dəyişikliyi rəsmiləşdi – rəsmi açıqlama

Həftənin ilk günü Bakı-Sumqayıt şosesində sıxlıq

Sumqayıt–Abşeron regionunda yaşıl enerji siyasətinin yeni mərhələsi

Sumqayıtda dəm qazı təhlükəsi ilə bağlı qurumlar birgə hərəkətə keçdi - FOTO

Bakıdan ən ucuz aviabiletləri necə alaq? - Düzgün səyahət planlamasının sirləri (ARAŞDIRMA)

Sumqayıt dini icmaları da Prezident İlham Əliyevə təşəkkür məktubuna qoşulub

Sumqayıtda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib

Bərpaolunan enerji və milli enerji təhlükəsizliyi

Sumqayıtda iki yüksək vəzifəli şəxs vəzifəsindən azad edilib?! – Rəsmi açıqlama gözlənilir

Sumqayıtda “dəvə qutabı” REYDİ: nələr üzə çıxdı? – VİDEO

“Vəzifəli şəxsin saxladığı atlar və itlər bizi yaşamağa qoymur” 

Sumqayıt üzrə yanvar ayının pensiyaları bu tarixdə ödəniləcək

Sumqayıtda zavodda partlayış baş verib, fəhlə xəsarət alıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1005
Dünən, 20:20
Dünən, 18:15
Dünən, 17:02
Dünən, 16:56
Dünən, 16:42
Dünən, 16:31
Dünən, 14:48
Dünən, 12:43
Dünən, 08:29
10-01-2026, 19:43
10-01-2026, 00:38
10-01-2026, 00:24
10-01-2026, 00:19
9-01-2026, 23:06
9-01-2026, 15:15
9-01-2026, 14:48
9-01-2026, 13:47
9-01-2026, 10:52
9-01-2026, 10:45
9-01-2026, 10:33
8-01-2026, 23:57
8-01-2026, 17:59
8-01-2026, 17:48
8-01-2026, 13:35
8-01-2026, 12:49
8-01-2026, 12:48
8-01-2026, 12:02
8-01-2026, 10:06
7-01-2026, 17:43
7-01-2026, 12:21
7-01-2026, 12:19
6-01-2026, 18:19
6-01-2026, 18:02
6-01-2026, 14:53
6-01-2026, 14:34
6-01-2026, 14:31
6-01-2026, 13:59
6-01-2026, 13:00
6-01-2026, 12:58
6-01-2026, 12:45
1 2 3 4 5 6 7 8 9 10 ... 1005