Səmayə ana ziyarət olundu - Foto

 
Vətən uğrunda canını fəda etmiş, Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə ana Qurban Bayramı münasibətilə ziyarət olunub.
Sumqayit.tv xəbər verir ki, ziyarətdə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov, şəhər Bələdiyyəsinin sədri Adil Xudadatov, bələdiyyə üzvləri, qazi Vüsal Şahbazov və digər ictimai nümayəndələr iştirak ediblər.

Teymur Səmədov Səmayə ananı bayram münasibətilə təbrik edərək, Sumqayıt İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun salamlarını çatdırıb. O bildirib ki, şəhid ailələri və qazilər şəhərdə daim diqqət mərkəzində saxlanılır və bu, yalnız rəsmi məsuliyyət deyil, həm də mənəvi borcdur.

Adil Xudadatov da çıxışında vurğulayıb ki, şəhid ailələri ilə bağlı məsələlər bələdiyyə üçün daim prioritetdir. Onun sözlərinə görə, Polad Həşimov kimi qəhrəmanlara ehtiram göstərmək hər bir vətəndaşın vəzifəsidir.

Səmayə ana isə göstərilən diqqətə görə təşəkkürünü bildirib, Prezident İlham Əliyevə və bütün dövlət qurumlarına minnətdarlıq edib. O, oğlunun və digər şəhidlərin canı bahasına qurulan dövlətin sabitliyi üçün daim dua etdiyini deyib.

Bu ziyarət bir daha göstərdi ki, şəhid ailələri cəmiyyətin diqqətindədir, heç vaxt unudulmur. Qəhrəman Polad Həşimovun xatirəsi xalqımızın yaddaşında daim yaşayacaq və gələcək nəsillərə örnək olacaq.

8-06-2025, 14:23 276

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041