Səbuhi Elnur: “Şəhid Cavid Mirzəyevin adını daşıyan küçəyə asfalt örtüyünün çəkilməsi həm mənəvi, həm də sosial əhəmiyyət daşıyır” - FOTO

 

Sumqayıt şəhərində şəhidlərin adının əbədiləşdirilməsi, onların ailələrinə göstərilən diqqət və qayğının bir nümunəsi olaraq daha bir əlamətdar layihə icra olunur.

Sumqayit.tv-yə bu barədə Sumqayıt şəhər Bələdiyyəsinin sözçüsü Səbuhi Elnur məlumat verib.

Onun sözlərinə görə, şəhər İcra Hakimiyyətinin Başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq, Vətən Müharibəsi şəhidi Cavid Mirzəyevin adını daşıyan küçədə asfalt örtüyünün çəkilməsinə başlanılıb:

“Yaşma yaşayış massivində yerləşən və şəhidimiz Cavid Mirzəyevin adını daşıyan küçənin yenidən qurulması məqsədilə bələdiyyə tərəfindən konkret tədbirlər həyata keçirilir. Küçənin ümumi uzunluğu 500 metr, eni isə 4 metr təşkil edir. Yolun tam bərpası üçün tələb olunan 2 min kvadrat metrlik asfalt artıq əraziyə gətirilib və döşənməsi sürətlə davam etdirilir.”

Səbuhi Elnur bildirib ki, bu addım təkcə infrastrukturun yaxşılaşdırılması məqsədi daşımır:

“Sözügedən küçə uzun illərdir ki, əhali üçün ciddi problemlər yaradırdı. Yağışlı havalarda keçilməz hala gələn, quru havada isə toz-torpaqla örtülən bu yolun asfaltlanması sakinlərin gündəlik rahatlığını təmin etməklə yanaşı, şəhidimizin adına layiq bir mühitin formalaşmasına da xidmət edir. Bu həm rəmzi, həm də real məna daşıyan mühüm addımdır.”

Şəhidin ailəsinin də görülən işlərdən məmnunluğunu ifadə etdiyini qeyd edən Bələdiyyə rəsmisi bu kimi layihələrin davamlı olacağını vurğulayıb:

“Şəhid Cavid Mirzəyevin atası tərəfindən dövlətin və bələdiyyənin bu addımı yüksək dəyərləndirilib. Küçənin abadlaşdırılması onun ailəsi və burada yaşayan sakinlər üçün həm qürur, həm də mənəvi təsəlli mənbəyidir. Bu cür layihələr bələdiyyə fəaliyyətinin tərkib hissəsi olmaqla yanaşı, dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqətin bariz nümunəsidir. Əminliklə deyə bilərəm ki, Sumqayıt şəhərinin müxtəlif yaşayış massivlərində bu istiqamətdə abadlıq və yenidənqurma işləri davam etdiriləcək.”

Sonda o qeyd edib ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının əziz xatirəsi daim uca tutulacaq:

“Bu təşəbbüs bir daha sübut edir ki, şəhidlərimizin ruhu hər zaman bizimlədir və onların adları unudulmur. İnfrastruktur layihələri vasitəsilə bu dəyərlərin yaşadılması bizim mənəvi borcumuzdur.”

 

 


18-06-2025, 21:03 168

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041