
Azərbaycan paracüdoçusu İlham Zəkiyev (J1, +95 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında növbəti tarixi uğura imza atıb.
O, əvvəlcə moldovalı Oleg Cretulu, ardınca türkiyəli Gökhan Biceri ipponla məğlub edərək finala yüksəlib. Həlledici qarşılaşmada isə digər moldovalı İon Basocu üzərində inamlı qələbə qazanan Zəkiyev karyerasında 9-cu dəfə Avropa çempionu tituluna sahib olub.


