Sumqayıt Dövlət Dram Teatrının aktyoru Kamil Məhərrəmov haqqında Kübra Əliyevadan təsirli sözlər

 Kamil Məhərrəmovla 6 il birlikdə Sumqayıt Dövlət Dram Teatrında çalışdım və hər il də tərəf müqabili oldum. Çox istedadlı, dadlı-duzlu aktyor idi. Onunla tərəf müqabili olmaq mənim üçün bir şans idi. Hətta elə bir tamaşa var idi ki, mənim atamı oynayırdı. Onu taleysiz bir aktyor hesab edirəm. Şanssız oldu. Filmlərdə daha çox epizodlarda rol alıb, amma teatrda baş rollarda çıxış edib. “Skapenin kələkləri” tamaşasında o Skapen rolunu elə gözəl yaradıb ki.. Misilsiz! Hətta tərəf müqabili olmayanda belə, eyni tamaşada oynamışıq, rol almışıq”.
Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Kübra Əliyeva deyib.
O daha sonra əlavə edib:
“Səhv etmirəmsə iki övladı da var idi. Xanımı da gözəl insan idi. O vaxt kinostudiyaya gedib-gələn aktyorların içki aludəçiliyi var idi. O içki aludəçisi oldu. Yavaş-yavaş Sumqayıtda öz gözəl simasını itirdi. Ailədə də böyüklüyü itirdi. Mən onun ailəsini də qınamıram. Uşaqlı evdə nə qədər içki içmək olar? Səmimiyyət itir, xarakter itir! Heyif! Çox heyf! Mən hər zaman onun doğum və anım günündə paylaşım edəndə yazıram ki, “Kamil, səndən çox heyf!”. Ölümündən xəbərim olmadı. Çünki mən o zaman Musiqili Komediya teatrında işləyirdim. Bir gün eşitdim ki, Kamil rəhmətə gedib. Deyilirdi ki, teatrın avtobusunda rəhmətə gedib. Çünki ailə dağıldı, xanımı boşanmışdı. Bilmirəm, yəqin ki, onu teatra buraxmayıblar. O teatrda da yata bilərdi. Avtobusda yatıb, qış olub, hava soyuq olub. İçki onun içini isitsə də, üstdən bədənini isidə bilməyib. Soyuq onun canını alıb. O içki aludəçisi olmasaydı yüksək ada da layiq idi. Hər şeyə layiq bir aktyor idi. Siz onun oynayanda gözlərinə bir baxın! O qədər mənalı gözləri var idi ki.. Yaddan çıxan, haqqı verilməyən aktyorlardandır. Bilirsiniz içki nədən başlayır? Hər kəs Kübra deyil, genişürəkli olsun! Yanımda-yörəmdə məndən sonra sənətə gələn, ad alan insanları yüksəklərə qaldırıram! Mənim o qədər böyük ürəyim var ki, hər birini təbrik edirəm. Bu məni narahat etmir. Çünki məni xalqım sevir. Kamili də xalqı sevirdi. Amma Kamil sayılmadı. Sayılmadıqca da getdi araq butulkasından yapışdı. Sənətdə sayılmadıqca özünü qoruyan sənətkarlara halal olsun! Özüm də içində olmaqla” deyə sənətkar bildirib.

22-09-2025, 08:16 183

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041