Sumqayıtın deputatı şəhid ailələri ziyarət etdi – FOTO

 Vətənimizin azadlığı və suverenliyi uğrunda canından keçmiş qəhrəmanlarımızın ailələrini ziyarət etdik, onların əziz xatirələrinə bir daha hörmət və ehtiramımızı bildirdik.

Əvvəlcə Vətən müharibəsində, 2020-ci ilin bu günü Tərtər-Ağdam istiqamətində gedən ağır döyüşlərdə şəhidlik zirvəsinə ucalmış Əhmədzadə Rüfət Əbülfət oğlunun ailəsini ziyarət etdik, onların qayğıları ilə maraqlandıq.

Rüfət ailənin tək oğlan övladı olub. Çox mərd, məğrur və qətiyyətli şəhid anamız Ruhiyyə xanımla övladı barədə həmsöhbət olduq. Şəhidimizin uşaqlıq, məktəb illərindən, hərbi xidmət müddətindəki xatirələrini birlikdə yada saldıq, onun çəkdiyi şəkillərə baxdıq. Hər xatirə, hər an Rüfətin nə qədər istedadlı, mərd və vətənpərvər, həyat eşqi ilə yaşayan bir gənc olduğunu göstərirdi. Ruhiyyə xanım söhbətimiz zamanı həm kədərini, həm də qürurunu bizimlə bölüşdü. Dedi ki, oğlunun yoxluğu hər gün qəlbini sızladır, amma onun qəhrəmanlığı, Vətən uğrunda göstərdiyi şücaət onu qürurlandırır.

Daha sonra 28 sentyabr 2020-ci ildə Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Rəşidov İlham Tahir oğlunun ailəsini ziyarət etdik. İlham bəyin ömür-gün yoldaşı Samirə xanımla səmimi söhbətimiz oldu. O, həm bir şəhid xanımı, həm də iki övladını atasız böyüdən qəhrəman anadır. Şəhidimizin bir qız və bir oğlan övladı bizə əmanətdir. Onlar hazırda məktəblidirlər.

Görüşlərimiz zamanı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına diqqət və qayğısından bəhs etdim.

Şəhidlik Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü bu yolda qurban verərək ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Əbəs yerə demirlər ki, hər kəsə bu zirvə nəsib olmur. Şəhidlik həm də bir məktəbdir. Elə bir məktəb ki, biz o məktəbdən igidliyi, mərdliyi, cəsurluğu, Vətən uğrunda candan keçməyin nə olduğunu öyrənirik.

Hər dəfə şəhidlərimizin ailələri ilə görüşəndə, onlarla söhbətləşəndə heyrətə gəlirəm. Şəhidlərimiz bir-birinə o qədər oxşayırlar ki, elə bilirsən ki, amalları, igidlikləri kimi zövqləri, həyat tərzləri, yarım qalan arzuları da eyni imiş… Elə bil Allah onları uca zirvə üçün yaradıbmış…

İllər ötüb, qərinələr dolaşsa da, şəhidlərimiz heç vaxt unudulmayacaq, onların əziz xatirəsi həmişə minnətdarlıq duyğuları ilə yada salınacaq.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!
SƏBİNƏ SALMANOVA,
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü

 

 

 

 

 

 

 

 

 

29-09-2025, 20:42 117

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041