Hakimlər Komitəsi “Sabah” – “Sumqayıt” oyunundakı qərarlara aydınlıq gətirdi


 AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker Azərbaycan Premyer Liqasının VI turunda keçirilən “Sabah” – “Sumqayıt” oyunundakı mübahisəli epizodlarla bağlı açıqlama verib.

Sumqayit.tv xəbər verir ki, komitə sədrinin sözlərinə görə:

16-cı dəqiqə – “Sabah”ın futbolçusu (№11) “Sumqayıt”ın oyunçusuna (№80) qarşı ehtiyatsız şəkildə qayda pozdu. Hakim epizodu gördü, üstünlük tətbiq etdi və top oyundan çıxdıqdan sonra “Sabah”ın futbolçusuna sarı vərəqə göstərdi. Bu qərar doğru hesab olunur.

45+2-ci dəqiqə – “Sabah”ın futbolçusunun (№21) zərbəsi “Sumqayıt”ın müdafiəçisinin qoluna dəyib. Müdafiəçinin qolu bədənə yaxın vəziyyətdə olduğu üçün penalti təyin edilmədi. Hakimin qərarı və VAR-ın müdaxiləsizliyi düzgün sayılıb.

78-ci dəqiqə – “Sabah” qol vurdu, lakin hücumun əvvəlində “Sabah”ın oyunçusu (№5) “Sumqayıt”ın oyunçusuna (№21) qarşı ehtiyatsız oynamışdı. VAR epizoda baxılmasını tövsiyə etdi. Hakim qolu ləğv etdi, “Sumqayıt”ın xeyrinə cərimə zərbəsi təyin etdi və “Sabah”ın futbolçusuna sarı vərəqə göstərdi.

90+2-ci dəqiqə – “Sabah”ın hücumçusu (№20) qol vursa da, epizod zamanı topa əllə toxunduğu üçün qol VAR tərəfindən ləğv edilib.

Frank De Bleker bütün qərarların qaydalara uyğun olduğunu bildirib.

30-09-2025, 18:16 72
Dünən, 20:21
Dünən, 16:36
Dünən, 15:48
Dünən, 15:20
Dünən, 14:34
Dünən, 13:44
Dünən, 13:17
Dünən, 13:13
Dünən, 13:01
Dünən, 12:41
Dünən, 12:20
Dünən, 12:18
Dünən, 12:17
Dünən, 11:00
22-07-2026, 22:37
22-07-2026, 17:11
22-07-2026, 17:08
22-07-2026, 15:46
22-07-2026, 14:12
22-07-2026, 13:27
22-07-2026, 13:18
22-07-2026, 12:31
22-07-2026, 11:13
22-07-2026, 11:11
22-07-2026, 11:09
22-07-2026, 10:17
22-07-2026, 10:15
22-07-2026, 10:00
22-07-2026, 07:49
22-07-2026, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
1 2 3 4 5 6 7 8 9 10 ... 1086