Sumqayıtda səki problemi: Obyekt sahibləri piyada yollarını zəbt edir - FOTO

 Sumqayıt şəhərinin bir çox küçələrində piyadaların üzərinə kölgə salan ciddi bir problem gündəmdədir – səkilərin obyektlər tərəfindən zəbt olunması. Qanunvericiliyin açıq şəkildə piyadaların təhlükəsiz və sərbəst hərəkət hüququnu qorumasına baxmayaraq, şəhərin mərkəzi və ətraf ərazilərində yerləşən bəzi ticarət obyektləri, kafe və mağazalar bu hüququ kobud şəkildə pozur.
Xüsusilə 9-cu, 10-cu, 13-cü və 2-ci mikrorayonlar ərazisində, Səməd Vurğun və Corat küçələrində bir çox obyektlərin səkiləri mal vitrinləri, stendlər, hətta masalarla zəbt etdiyi müşahidə olunur. Bu səbəbdən piyadalar, xüsusilə yaşlı insanlar, analar və uşaq arabası ilə gəzən valideynlər yolu piyada deyil, məcburən avtomobil yolunun kənarından keçməli olurlar. Bu isə təhlükəsizliyi ciddi şəkildə təhdid edir.
Xeberle.com-un əməkdaşı şəhərin müxtəlif ərazilərində olub və problemlə bağlı sakinlərlə hömsöhbət olub. Sakinlər səkilərin zəbt edilməsindən və bunun həllini tapmamasından narazıdır. 63 yaşlı Sumqayıt sakini Vəfa xanım deyir: "Gündəlik çörək almağa gedəndə səki ilə yox, maşın yolunun kənarı ilə gedirəm. Çünki hər tərəf mal yığılıb. Heç kim düşünmür ki, biz haradan keçəcəyik."
Digər bir sakin, tələbə Anar isə bildirir: "Əlil arabasında olan insan bu səkidən keçə bilməz. Şəhərin mərkəzində belə problem varsa, kənar yerlərdə vəziyyəti siz təsəvvür edin."
Bəs qanun nə deyir?
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinə əsasən, ictimai yollarda maneə yaratmaq qanunsuzdur və buna görə cərimələr nəzərdə tutulur. Bələdiyyələr və icra hakimiyyəti orqanları piyadaların hüquqlarını qorumaq üçün məsuliyyət daşıyır.
Lakin reallıqda bu nəzarət və cərimələmə halları ya çox azdır, ya da ümumiyyətlə tətbiq olunmur.
Sumqayıt Şəhər İcra Hakimiyyətinə bu məsələ ilə bağlı sorğu göndərsək də, cavab almaq hələ mümkün olmayıb. Şəhərsalma və Arxitektura İdarəsi isə daha əvvəl verdiyi açıqlamada piyadaların hərəkət zolağının zəbt edilməsinin qanunsuz olduğunu bildirmişdi və vətəndaşları bu cür halları müvafiq qurumlara bildirməyə çağırmışdı.
Mütəxəssislər bildirirlər ki, bu problemin həlli üçün səkiyə çıxan obyektlərə qarşı cərimələrin sərtləşdirilməsi, monitorinq və reydlərin intensivləşdirilməsi vacibdir.
Sumqayıt kimi inkişaf etməkdə olan şəhərdə, müasir görünüş və infrastruktur yalnız binalarla deyil, insanlara yaradılan şəraitlə ölçülür. Səkilərin zəbt olunması təkcə piyadaların narahatlığı deyil, həm də şəhər mədəniyyətinə vurulan zərbədir. Vətəndaş məsuliyyəti və yerli idarəetmənin effektivliyi bu problemin aradan qaldırılmasında həlledici rol oynayacaq.

 

 

 

 

 

2-10-2025, 10:40 135

Digər xəbərlər

İcra Hakimiyyətindən Sumqayıt.tv-nin müraciətinə reaksiya: Bulvarda təmir işlərinə başlanılıb

Beynəlxalq Fizika Olimpiadasının qalibləri SDU-da qəbul olundu-FOTO

Əfsanə ilə varis finalda: Messi və Yamalın hekayəsi gündəm oldu

Türkiyə və Gürcüstan hərbçiləri Azərbaycana gələcək: "Eternity-2026" üçün hazırlıq başladı.

Sabah Sumqayıtda temperatur 35 dərəcəyə yüksələcək

"Sumqayıt"ın ilk sınaq oyununun tarixi dəyişdi

"Azəriqaz"da struktur dəyişikliyi: Yeni departament yaradıldı

Xəzərdə boğulmaların artmasının səbəbi nədir? – Ekspertdən açıqlama

Tramp İlham Əliyevlə bağlı məqaləni öz hesabında paylaşdı-FOTO

Ülvi Mehdiyev: "ASAN müraciət" platforması artıq Sumqayıtda da aktiv istifadə olunur

Novxanı sahillərində qanunsuz balıq ovu iddiası: Sakinlər narahatdır

Sumqayıtlı həkim dünya birincisi oldu: 28 ölkənin mütəxəssisini geridə qoydu-FOTO

Sumqayıt"ın ilk yoxlama oyununun tarixi bəlli oldu

Cinayətlə bağlı məlumatların araşdırılma müddəti uzadıldı – Prezident dəyişiklikləri təsdiqlədi

Slovakiya Prezidenti İlham Əliyevlə bağlı paylaşım etdi: “Bu dostluq jestini yüksək qiymətləndirirəm”

Azərbaycanda məktəblərin internetlə təminatında böyük sıçrayış

17 yaşlı oğlana işgəncə işi: Sumqayıt Apellyasiya Məhkəməsindən qərar

Sumqayıt sahilində növbəti təmizlik aksiyası keçirildi-FOTO

Sumqayıtda sakinlərlə növbəti görüş keçirilib-VİDEO

Şuşadan yüksələn strateji mesaj: Azərbaycan–Slovakiya tərəfdaşlığı yeni mərhələyə qədəm qoyur

1 2 3 4 5 6 7 8 9 10 ... 1082
Dünən, 22:17
Dünən, 20:16
Dünən, 17:07
Dünən, 16:37
Dünən, 15:13
Dünən, 14:50
Dünən, 14:32
Dünən, 14:05
Dünən, 13:15
Dünən, 13:12
Dünən, 12:14
Dünən, 11:59
15-07-2026, 19:33
15-07-2026, 18:29
15-07-2026, 18:26
15-07-2026, 18:20
15-07-2026, 18:02
15-07-2026, 14:57
15-07-2026, 14:11
15-07-2026, 13:51
15-07-2026, 13:24
15-07-2026, 13:07
15-07-2026, 12:32
15-07-2026, 12:00
15-07-2026, 11:50
14-07-2026, 21:04
14-07-2026, 20:00
14-07-2026, 18:27
14-07-2026, 17:41
14-07-2026, 16:39
14-07-2026, 15:54
14-07-2026, 15:35
14-07-2026, 14:22
14-07-2026, 14:16
14-07-2026, 13:16
14-07-2026, 12:57
14-07-2026, 11:55
14-07-2026, 11:35
14-07-2026, 11:28
13-07-2026, 21:37
1 2 3 4 5 6 7 8 9 10 ... 1082