
Sumqayıt.tv xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi ərazisində sursat tapılması barədə məlumat daxil olub.
Hadisə barədə məlumat daxil olan kimi FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu əraziyə cəlb olunub.
Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə təhlükəsizlik tədbirləri görüldükdən sonra aparılan baxış zamanı 2 ədəd OF-350 markalı, 76 millimetrlik yivli top mərmisi aşkar edilib.
Sursatlar XRXX-nin mütəxəssisləri tərəfindən təhlükəsiz şəkildə ərazidən çıxarılaraq zərərsizləşdirilməsi üçün kənarlaşdırılıb.
Ərazidə aparılan əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkarlanmayıb.
Dünən, 11:47
13