
Sumqayıt.tv xəbər verir ki, Sumqayıt Olimpiya İdman Kompleksində 20 yaşadək gənc cüdoçular arasında Abşeron-Xızı bölgəsi üzrə region birinciliyi keçiriləcək.
Turnirdə Abşeron, Xızı və Sumqayıt şəhərini təmsil edən idmançılar güclərini sınayacaqlar.
Yarışın əsas məqsədi kvota əsasında ölkə birinciliyində iştirak edəcək idmançıları müəyyənləşdirməkdir.
Qeyd edək ki, region birinciliyi noyabrın 5-də baş tutacaq.
Dünən, 11:54
11