Sumqayıt məktəbliləri polisin xidməti ilə yaxından tanış oldular - Foto/Video

 

Müasir düşüncəli və yüksək intellektli gənclərin müəyyənləşdirilməsi, onların ixtisas seçimində Daxili İşlər Nazirliyinin Polis Akademiyasına üstünlük verməsinin təmin edilməsi məqsədilə polis əməkdaşları tərəfindən təbliğat və təşviqat işləri davam etdirilir.  

Sumqayit.tv xəbər verir ki, bu istiqamətdə Sumqayıt şəhəri Heydər Əliyev Mərkəzində “Gənclərin Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviq edilməsi” mövzusunda orta təhsil müəssisələrinin IX-X-XI sinif şagirdlərinin iştirakı ilə tədbir keçirilib.

Tədbirdə Sumqayıt ŞPİ-nin rəisi polis polkovniki Fəqan Azadəliyev, hazırda Polis Akademiyasında təhsil alan Sumqayıt şəhər orta məktəblərinin məzunları və gənc polis zabitləri iştirak ediblər.

Görüşdə çıxış edən şəxslər şagirdlərə “Hüquqşünaslıq” və “İnformasiya təhlükəsizliyi” ixtisasları üzrə qəbul qaydaları, Polis Akademiyasının “Virtual Akademiya” platforması, ödənişsiz təhsil resursları, geyim və yataqxana ilə təminat, polis xüsusi rütbəsi və hərbi mükəlləfiyyətli hesab edilməklə hərbi rütbənin verilməsi, təhsil müddətinin iş stajına daxil edilməsi və yüksək təqaüd imkanları barədə geniş məlumat verilib. Gələcəkdə Akademiyada təhsil almaq istəyən şagirdlərə uğurlar və qəbul imtahanlarında müvəffəqiyyətlər arzulanıb.

Çıxış edən kursantlar və məzunlar yüksək səviyyədə hüquq təhsili verən, vətənə, dövlətə şərəflə xidmət edən polis əməkdaşları yetişdirən Polis Akademiyasında kursant olmağın üstünlüklərini, öhdəçilik və məsuliyyətini vurğulayaraq onların hər zaman ölkə rəhbərliyinin qayğı və diqqəti ilə əhatə edildiklərini bildiriblər.

Sonda Polis Akademiyasındakı tədris prosesinə kursantların hazırlığına həsr edilmiş videoçarx nümayiş olunub.

Tədbirin ikinci hissəsi isə Sumqayıt Şəhər Polis İdarəsində davam etdirilib. Şagirdlər burada Növbətçi Hissə, Müvəqqəti Saxlanma Yeri, Təhlükəsiz Şəhər otağı, Kriminalist Tədqiqatlar Bölməsi, eləcə də Post Patrul Xidmət taborunun işi ilə yaxından tanış olub, xüsusi təyinatlı polis nəfərlərinin təlimlərini izləyiblər.


 

 

 

 


16-12-2025, 12:31 39

Digər xəbərlər

Azərbaycan Yəhudi Media Mərkəzi Azərbaycan xalqını 28 May - Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik edib

Prezident İlham Əliyevdən 28 May paylaşımı

İzmir Azərbaycan Kültür ve Dayanışma Dərnəyi 28 May – Azərbaycanın Müstəqillik Günü münasibətilə tədbir keçirib - VİDEO/FOTO

28 May – Bir millətin qüruru, bir dövlətin əbədi imzasi

Qurban Bayramı birlik, mərhəmət və paylaşma bayramıdır

Prezident Azər Tağıyevi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə hakim təyin etdi

Sumqayıtlı şagird buraxılış imtahanında maksimum nəticə göstərib

Yağışdan sonra Sumqayıtın bəzi küçələri gölməçəyə çevrilib - VİDEO

Paşinyan: “Sumqayıta dönüş məsələsi gündəmdə olmayacaq”

Uşaqlara sosial şəbəkə QADAĞASI gəlir – Mask hamını SİLKƏLƏDİ

Ferda Amin Sumqayıtda “Komedium” şousu ilə çıxış edəcək

Sumqayıt nümayəndə heyəti Çində keçirilən beynəlxalq konfransda iştirak edib - FOTO

Sumqayıtda məktəbin hasarı aşıb – güclü yağış fəsad törətdi - VİDEO

Müstəqillik Günü ilə bağlı deputatdan diqqətçəkən açıqlamalar

Sumqayıtda da filialı olan klinikanın rəhbərləri ilə bağlı məhkəmə işi gündəmdə

Sumqayıt Sənaye Parkına 16 milyon manatlıq yeni investisiya

Milli Məclisdə Sumqayıtla bağlı hakim təyinatı məsələsinə baxılır

“Sumqayıt” Saşa İliçlə yollarını ayırıb

Saakaşvilinin SON GÖRÜNTÜSÜ - Elə bir FOTO paylaşdı ki...

Sumqayıt da daxil olmaqla 3 şəhərdə əməliyyat: 40 kiloqram narkotik aşkarlanıb - VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1058
Dünən, 10:45
27-05-2026, 23:48
27-05-2026, 23:19
27-05-2026, 21:37
27-05-2026, 06:40
27-05-2026, 06:36
26-05-2026, 22:23
26-05-2026, 20:08
26-05-2026, 17:29
26-05-2026, 16:43
26-05-2026, 16:00
26-05-2026, 15:53
26-05-2026, 15:45
26-05-2026, 14:40
26-05-2026, 14:00
26-05-2026, 12:59
26-05-2026, 12:57
26-05-2026, 12:54
26-05-2026, 12:52
26-05-2026, 12:10
26-05-2026, 11:57
26-05-2026, 11:22
26-05-2026, 10:18
25-05-2026, 21:14
25-05-2026, 21:09
25-05-2026, 21:06
25-05-2026, 21:01
25-05-2026, 19:40
25-05-2026, 19:32
25-05-2026, 19:26
25-05-2026, 19:23
25-05-2026, 19:18
25-05-2026, 19:10
25-05-2026, 19:06
25-05-2026, 19:03
25-05-2026, 16:59
25-05-2026, 14:54
25-05-2026, 14:17
25-05-2026, 13:25
25-05-2026, 13:22
1 2 3 4 5 6 7 8 9 10 ... 1058