
44 saylı Sumqayıt üçüncü seçki dairəsinin deputatı Mehriban Vəliyeva vətəndaşlarla növbəti qəbulunu keçirib.
Sumqayit.tv xəbər verir ki, mart ayı çərçivəsində təşkil olunan ikinci qəbul zamanı deputat seçicilərlə fərdi qaydada görüşərək onların müraciət və təkliflərini dinləyib, qaldırılan problemlərlə yaxından maraqlanıb.
Görüş zamanı vətəndaşları narahat edən sosial məsələlər, məişət problemləri, eləcə də müxtəlif sahələr üzrə təkliflər müzakirə olunub. Qaldırılan məsələlərin bir qisminin yerində araşdırılması, digər müraciətlərin isə aidiyyəti qurumlara yönləndirilməsi üçün müvafiq tədbirlərin görüləcəyi bildirilib.
Qəbul zamanı vətəndaşların müraciətlərinə həssaslıqla yanaşıldığı, onların problemlərinin həlli istiqamətində lazımi addımların atılacağı qeyd olunub.


16-03-2026, 17:03
40