Sumqayıt regional “ASAN xidmət” mərkəzində aksiya keçirilib
Sumqayıt regional "ASAN xidmət" mərkəzi 1 dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Günü münasibəti ilə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Sumqayıt şəhər şöbəsi ilə birgə vətəndaşlar, əməkdaşlar və könüllülər arasında maarifləndirmə aksiyası keçirib. Həmçinin, arzu edənlər QİÇS müayinəsindən keçirilib və nəticəsi barədə məlumatlandırılıblar. Müraciət edən insanlara "İİV-infeksiyası” barədə məlumat kitabçaları, təqvimlər və bukletlər paylanılıb.