Sumqayıtda “Bərabərsizliyə son, AİDS son!” maarifləndirici tədbiri keçirilib


Sumqayıtda “Bərabərsizliyə son, AİDS son!” devizi altında maarifləndirici tədbir keçirilib - FOTOLAR

Dekabrın 1-i Ümumdünya QİÇS-lə Mübarizə Günüdür. Həmin tarix dünya ictimaiyyətinin diqqətini qlobal pandemiya miqyasını almış İİV infeksiyasına qarşı mübarizəyə cəlb etmək məqsədilə təsis olunub. Bu məqsədlə dekabrın 7-də Sumqayıtda karantin qaydalarına əməl olunmaqla Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Sumqayit şöbəsi ilə birgə "Bərabərsizliyə son, AİDS son!” devizi altında maarifləndirici tədbir keçirilib.
Xeberle.com xəbər verir ki, çıxışlarda COVID-19 pandemiyasının beynəlxalq səhiyyə sistemi üçün bir sıra qlobal problemlər yaratdığı bir dövrdə ölkəmizin Səhiyyə Nazirliyi tərəfindən görülən tədbirlərdən danışılıb.
Tədbirdə Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova çıxış edərək, bəşəriyyət üçün ən böyük bəlalarından olan AİDS bəlasından danışaraq, onun törətdiyi fəsadlar haqqında gənclər arasında maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətindən söz açıb.
Sonra Respublika QİÇS –lə Mübarizə Mərkəzinin Sumqayıt Regional laboratoriyasının şöbə müdiri Lamiyyə Şahməmmədova "İİV infeksiyası/ QİÇS-lə bağlı məlumat” adlı təqdimatla çıxış edib, İİV infeksiyası, infeksiyanın kəşfi, tədqiqi tarixi, sosial xüsusiyyətləri, həmçinin yoluxma yolları haqqında geniş məlumat verib. Qeyd edib ki, tədbirin keçirilməsində məqsəd QİÇS xəstəliyinin qarşısının alınması və onunla mübarizəyə kompleks yanaşılmasına dəstək olmaq və əhalinin maarifləndirilməsidir.
Mövzu ətrafında müzakirələr aparılıb və tələbələri maraqlandıran suallar cavablandırılıb.
Daha sonra QİÇS-lə Mübarizə Mərkəzinin Sumqayıt şöbəsinin əməkdaşları tərəfindən tələbələr üçün İnsanın İmmun Çatışmazlığı Virusuna görə laborator testlər aparılıb. QAC Sumqayıt şəhər bölməsinin könüllüləri gənclərə QİÇS-in profilaktikası istiqamətində hazırlanan buklet və broşürlər, tibbi maska, dezinfeksiyaedici məhlulları paylayıblar.
Sumqayıtda “Bərabərsizliyə son, AİDS son!” devizi altında maarifləndirici tədbir keçirilib - FOTOLAR
Sumqayıtda “Bərabərsizliyə son, AİDS son!” devizi altında maarifləndirici tədbir keçirilib - FOTOLAR
Sumqayıtda “Bərabərsizliyə son, AİDS son!” devizi altında maarifləndirici tədbir keçirilib - FOTOLAR
Sumqayıtda “Bərabərsizliyə son, AİDS son!” devizi altında maarifləndirici tədbir keçirilib - FOTOLAR



8-12-2021, 16:06 166

Digər xəbərlər

Bakı–Pirşağı sürət qatarında texniki nasazlıq: ADY-dən açıqlama

Zakir Fərəcov növbəti vətəndaş qəbulunu keçirib

Sumqayıt və Abşeron çimərliklərində sabah hava necə olacaq?

Səbinə Salmanova: Azərbaycan türk dünyasının inteqrasiyasında mühüm rol oynayır

Sumqayıtda 4-cü mikrorayon sakinlərinin müraciətləri dinlənilib

Aşura günü Sumqayıt, Bakı və Abşeronda qanvermə aksiyaları keçiriləcək – Ünvanlar

Sumqayıtda oğlunu namaz qılmağa məcbur edən sabiq axund CƏRİMƏLƏNDİ - FOTO/VIDEO

Sumqayıtda 7 nömrəli marşrut xətti ilə bağlı şikayət: Təhlükəli idarəetmə iddia olunur - VİDEO

Sumqayıtda bina sakinləri SOS verir: Zirzəmi aylardır çirkab sular altında qalıb-VİDEO

Sumqayıtın kanalizasiya sisteminin inkişafına dəstək – yeni saziş imzalandı-VİDEO

Prezident: Siyasi, iqtisadi və sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır

Dünya bazarında Azərbaycan neftinin qiyməti azaldı

Sumqayıt Dövlət Universiteti QS dünya reytinqində mövqeyini qorudu-FOTO

Sumqayıtın tanınmış müəllimi vəfat edib

III qrup üzrə ölkə birincisi Sumqayıtdan çıxdı – 690 bal topladı

Sumqayıt və Novxanı çimərliklərinə gedənlərin nəzərinə: Sabah hava necə olacaq?

Bakı-Sumqayıt yolunda faciəvi şəkildə ölən Zəhranın - FOTOLARI

Valideynlərin nəzərinə! Bu gündən məktəb və müəllim seçimi mümkündür

Sumqayıtda doğulan yeniyetmə müəllimi güllələmə işi üzrə ev dustaqlığına buraxılmadı

Sumqayıtda uğur hekayəsi: "İlin Ən Yaxşı Olimpiada Müəllimi" və onun uğurlu şagirdləri-VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1065
Dünən, 20:18
Dünən, 20:15
Dünən, 18:30
Dünən, 18:28
Dünən, 16:23
Dünən, 15:19
Dünən, 10:16
18-06-2026, 23:25
18-06-2026, 19:21
18-06-2026, 14:22
18-06-2026, 09:48
18-06-2026, 09:44
18-06-2026, 09:35
18-06-2026, 09:11
18-06-2026, 01:36
17-06-2026, 16:51
17-06-2026, 13:47
17-06-2026, 13:22
17-06-2026, 13:17
17-06-2026, 12:55
16-06-2026, 18:59
16-06-2026, 17:14
16-06-2026, 17:11
16-06-2026, 17:08
16-06-2026, 01:40
15-06-2026, 19:13
15-06-2026, 18:51
15-06-2026, 11:42
15-06-2026, 11:39
15-06-2026, 11:37
14-06-2026, 15:13
14-06-2026, 09:45
13-06-2026, 21:38
13-06-2026, 21:03
13-06-2026, 20:52
13-06-2026, 12:53
13-06-2026, 11:27
13-06-2026, 11:23
13-06-2026, 11:21
13-06-2026, 11:20
1 2 3 4 5 6 7 8 9 10 ... 1065