Narkotik çəkib Sumqayıtdan sərnişin daşıyanlar saxlanıldı


Sumqayıtdan Bakıya sərnişin daşıyan mikroavtobus sürücülərinin narkotik çəkərək maşını idarə etdiyi aşkarlanıb.

DİN Mətbuat xidmətindən Sumqayit.tv-yə verilən məlumata görə, bu faktlar Sumqayıt yol polisi tərəfindən keçirilən reyd zamanı aşkarlanıb.
Sumqayıtdan paytaxt istiqamətində sərnişin daşımaqla məşğul olan "Ford” markalı mikroavtobusun sürücüsü Əli Qasımovun narkotik vasitənin təsiri altında idarə etdiyi məlum olub. Avtomobildən əlavə olaraq qablaşdırılan külli miqdarda marixuana da aşkar edilib.
Eyni əməli törədən daha bir sürücü Rövşən Zeynalovun da nəqliyyat vasitəsini narkotik vasitə və psixotrop maddələrin təsiri altında idarə etdiyi müəyyən edilib.
Hər iki sürücü barəsində toplanan materiallara hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.
Tədbir zamanı nəqliyyat vasitələrini spirtli içkinin təsiri altında idarə edən və avtoxuliqanlıq hərəkətlərinə yol verərək digər hərəkət iştirakçılarının həyatını təhlükə altına qoyan sürücülər də saxlanılıblar. Bu sürücülər barəsində də İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib edilib.

Statistikaya görə, bu ilin əvvəlindən indiyə qədər Sumqayıt şəhərində sürücülər barəsində 51 500 inzibati protokol tərtib edilib. Hesabat dövründə 331 avtomobili sərxoş vəziyyətdə, 285 nəqliyyat vasitəsini narkotik vasitələrin təsiri altında idarə edən, 180 nəqliyyat vasitəsini sürücülük hüquqi olmadan idarə edən, 2516 hərəkətini işıqforun qırmızı işığında davam etdirən, 16 avtoxuliqan və digər növdən olan yol hərəkəti qaydalarını pozan sürücülər barəsində qanunla nəzərdə tutulan qaydada tədbir görülüb.Statistikaya görə, bu ilin əvvəlindən indiyə qədər Sumqayıt şəhərində sürücülər barəsində 51 500 inzibati protokol tərtib edilib. Hesabat dövründə 331 avtomobili sərxoş vəziyyətdə, 285 nəqliyyat vasitəsini narkotik vasitələrin təsiri altında idarə edən, 180 nəqliyyat vasitəsini sürücülük hüquqi olmadan idarə edən, 2516 hərəkətini işıqforun qırmızı işığında davam etdirən, 16 avtoxuliqan və digər növdən olan yol hərəkəti qaydalarını pozan sürücülər barəsində qanunla nəzərdə tutulan qaydada tədbir görülüb.














22-12-2021, 17:06 169

Digər xəbərlər

Bakı–Pirşağı sürət qatarında texniki nasazlıq: ADY-dən açıqlama

Zakir Fərəcov növbəti vətəndaş qəbulunu keçirib

Sumqayıt və Abşeron çimərliklərində sabah hava necə olacaq?

Səbinə Salmanova: Azərbaycan türk dünyasının inteqrasiyasında mühüm rol oynayır

Sumqayıtda 4-cü mikrorayon sakinlərinin müraciətləri dinlənilib

Aşura günü Sumqayıt, Bakı və Abşeronda qanvermə aksiyaları keçiriləcək – Ünvanlar

Sumqayıtda oğlunu namaz qılmağa məcbur edən sabiq axund CƏRİMƏLƏNDİ - FOTO/VIDEO

Sumqayıtda 7 nömrəli marşrut xətti ilə bağlı şikayət: Təhlükəli idarəetmə iddia olunur - VİDEO

Sumqayıtda bina sakinləri SOS verir: Zirzəmi aylardır çirkab sular altında qalıb-VİDEO

Sumqayıtın kanalizasiya sisteminin inkişafına dəstək – yeni saziş imzalandı-VİDEO

Prezident: Siyasi, iqtisadi və sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır

Dünya bazarında Azərbaycan neftinin qiyməti azaldı

Sumqayıt Dövlət Universiteti QS dünya reytinqində mövqeyini qorudu-FOTO

Sumqayıtın tanınmış müəllimi vəfat edib

III qrup üzrə ölkə birincisi Sumqayıtdan çıxdı – 690 bal topladı

Sumqayıt və Novxanı çimərliklərinə gedənlərin nəzərinə: Sabah hava necə olacaq?

Bakı-Sumqayıt yolunda faciəvi şəkildə ölən Zəhranın - FOTOLARI

Valideynlərin nəzərinə! Bu gündən məktəb və müəllim seçimi mümkündür

Sumqayıtda doğulan yeniyetmə müəllimi güllələmə işi üzrə ev dustaqlığına buraxılmadı

Sumqayıtda uğur hekayəsi: "İlin Ən Yaxşı Olimpiada Müəllimi" və onun uğurlu şagirdləri-VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1065
Dünən, 20:18
Dünən, 20:15
Dünən, 18:30
Dünən, 18:28
Dünən, 16:23
Dünən, 15:19
Dünən, 10:16
18-06-2026, 23:25
18-06-2026, 19:21
18-06-2026, 14:22
18-06-2026, 09:48
18-06-2026, 09:44
18-06-2026, 09:35
18-06-2026, 09:11
18-06-2026, 01:36
17-06-2026, 16:51
17-06-2026, 13:47
17-06-2026, 13:22
17-06-2026, 13:17
17-06-2026, 12:55
16-06-2026, 18:59
16-06-2026, 17:14
16-06-2026, 17:11
16-06-2026, 17:08
16-06-2026, 01:40
15-06-2026, 19:13
15-06-2026, 18:51
15-06-2026, 11:42
15-06-2026, 11:39
15-06-2026, 11:37
14-06-2026, 15:13
14-06-2026, 09:45
13-06-2026, 21:38
13-06-2026, 21:03
13-06-2026, 20:52
13-06-2026, 12:53
13-06-2026, 11:27
13-06-2026, 11:23
13-06-2026, 11:21
13-06-2026, 11:20
1 2 3 4 5 6 7 8 9 10 ... 1065