"Yerli oyunçularla oynamaqdan qorxmaq lazım deyil"


"Burada olmaqdan məmnunam. Yeni çağırışlara hazıram. İsti münasibətə görə təşəkkür edirəm".

Sumqayit.tv xəbər verir ki, bu sözləri "Sumqayıt"ın yeni baş məşqçisi Aleksey Baqa mətbuat konfransında təyinatı ilə bağlı danışarkən deyib.
41 yaşlı mütəxəssis bildirib ki, komanda barədə kifayət qədər məlumat toplayıb: "Şəxsi tanışlıq və üzbəüz münasibətlərin yerini heç nə vermir. Amma klub haqqında bütün məlumatlara sahibəm".

Belaruslu baş məşqçi "gənclik şəhəri" təmsilçisində də 4-lü müdafiə xəttindən istifadə edəcəyini söyləyib: "Taktiki düzülüşlər barədə çox danışmaq olar. Amma bu, hər oyunda dəyişə bilər. Bunadək 2 mərkəz müdafiəçisi ilə oynamağa üstünlük vermişəm. Bu, hər zaman bizə uğur qazandırıb. Düşünürəm ki, burada da eyni sistemdən istifadə edəcəyik".
Baqanın sözlərinə görə, yerli oyunçularla oynamaqdan qorxmaq lazım deyil: "Komanda artıq bu futbolçularla uğurlar qazanıb. Mənim özümə də yerlilərlə işləmək maraqlı olacaq. Düzdür, bütün klublarda legionerlər çıxış edir. Amma mən BATE-də yerli gənclərlə bir neçə il Çempionlar Liqasında çıxış etmişəm. Bunun sayəsində şəhərin də prestiji qalxır".
O, ölkəsinin "Şaxtyor" (Soliqorsk) klubundan ayrılmasının səbəbini də açıqlayıb: "Klub rəhbərliyi ilə aramızda fikir ayrılıqları yarandı. "Sumqayıt"dan nə zaman təklif gəldiyini deyə bilmərəm. Amma artıq "Şaxtyor"da qalmaq istəmədiyim üçün ölkə xaricinə getmək istəyirdim. Bəzi komandalarda kənar müdaxilələr olur. Bu gün burada əyləşmişəmsə, deməli, ortaq maraqlarımız və baxışlarımız var".
Mütəxəssis "Sumqayıt"ın indiki durumunun onu qətiyyən qorxutmadığını vurğulayıb: "Komandada yaxşı futbolçular var. Klubun maddi-texnii bazası da qənaətbəxşdir. Söz vermək düzgün olmaz. Amma futbolçular maksimum dərəcədə öz peşəkarlıqlarını ortaya qoyacaqlar. Bu da mövsümün sonunda bizə uğur qazandıracaq".
Baqa 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sükanı arxasına keçəcəyi ilə bağlı xəbərlərə də aydınlıq gətririb: "Futbol elə sahədir ki, burada şayiələr çox olur. Hazırda heç bir başqa təklif məni maraqlandırmır. Bütün düşüncələrim "Sumqayıt"la bağlıdır. Bura gələndən özümə qarşı böyük diqqət sezilir".
Baş məşqçi ilk dəfə Azərbaycan futbolu ilə avrokuboklarda "Qarabağ"la qarşılaşanda tanış olduğunu deyib: "Yerli klubları analiz etmişik. "Qarabağ"ı çıxsaq, digər klubların bərabərsəviyyəli olduğunu görürük. Komandaların heyətində maraqlı oyunçular var. Rusiyalı mütəxəssis Murad Musayev "Sabah"da çalışır. Qazaxıstanda süni örtüklü stadionlarda oynayırdıq və bu da matçın baxımlılığını azaldırdı. Azərbaycanda bu sarıdan problem olmayacağını düşünürəm".
Baqa sonda UEFA Millətlər Liqasında eyni qrupa düşmüş Azərbaycan və Belarus yığmalarının öz aralarında keçirəcəkləri matçlara da toxunub: "Hər şey yaxşı olacaq. Amma bilmirəm kimin xeyrinə (gülür). (Report)



6-01-2022, 15:35 162

Digər xəbərlər

Bakı–Pirşağı sürət qatarında texniki nasazlıq: ADY-dən açıqlama

Zakir Fərəcov növbəti vətəndaş qəbulunu keçirib

Sumqayıt və Abşeron çimərliklərində sabah hava necə olacaq?

Səbinə Salmanova: Azərbaycan türk dünyasının inteqrasiyasında mühüm rol oynayır

Sumqayıtda 4-cü mikrorayon sakinlərinin müraciətləri dinlənilib

Aşura günü Sumqayıt, Bakı və Abşeronda qanvermə aksiyaları keçiriləcək – Ünvanlar

Sumqayıtda oğlunu namaz qılmağa məcbur edən sabiq axund CƏRİMƏLƏNDİ - FOTO/VIDEO

Sumqayıtda 7 nömrəli marşrut xətti ilə bağlı şikayət: Təhlükəli idarəetmə iddia olunur - VİDEO

Sumqayıtda bina sakinləri SOS verir: Zirzəmi aylardır çirkab sular altında qalıb-VİDEO

Sumqayıtın kanalizasiya sisteminin inkişafına dəstək – yeni saziş imzalandı-VİDEO

Prezident: Siyasi, iqtisadi və sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır

Dünya bazarında Azərbaycan neftinin qiyməti azaldı

Sumqayıt Dövlət Universiteti QS dünya reytinqində mövqeyini qorudu-FOTO

Sumqayıtın tanınmış müəllimi vəfat edib

III qrup üzrə ölkə birincisi Sumqayıtdan çıxdı – 690 bal topladı

Sumqayıt və Novxanı çimərliklərinə gedənlərin nəzərinə: Sabah hava necə olacaq?

Bakı-Sumqayıt yolunda faciəvi şəkildə ölən Zəhranın - FOTOLARI

Valideynlərin nəzərinə! Bu gündən məktəb və müəllim seçimi mümkündür

Sumqayıtda doğulan yeniyetmə müəllimi güllələmə işi üzrə ev dustaqlığına buraxılmadı

Sumqayıtda uğur hekayəsi: "İlin Ən Yaxşı Olimpiada Müəllimi" və onun uğurlu şagirdləri-VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1065
Bu gün, 20:18
Bu gün, 20:15
Bu gün, 18:30
Bu gün, 18:28
Bu gün, 16:23
Bu gün, 15:19
Bu gün, 10:16
Dünən, 23:25
Dünən, 19:21
Dünən, 14:22
Dünən, 09:48
Dünən, 09:44
Dünən, 09:35
Dünən, 09:11
Dünən, 01:36
17-06-2026, 16:51
17-06-2026, 13:47
17-06-2026, 13:22
17-06-2026, 13:17
17-06-2026, 12:55
16-06-2026, 18:59
16-06-2026, 17:14
16-06-2026, 17:11
16-06-2026, 17:08
16-06-2026, 01:40
15-06-2026, 19:13
15-06-2026, 18:51
15-06-2026, 11:42
15-06-2026, 11:39
15-06-2026, 11:37
14-06-2026, 15:13
14-06-2026, 09:45
13-06-2026, 21:38
13-06-2026, 21:03
13-06-2026, 20:52
13-06-2026, 12:53
13-06-2026, 11:27
13-06-2026, 11:23
13-06-2026, 11:21
13-06-2026, 11:20
1 2 3 4 5 6 7 8 9 10 ... 1065