Sumqayıt sakinində silah-sursat aşkarlanıb.Bu haqda
Sumqayit.tv-yə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş M.Əliyevdən "AK-74” markalı avtomat silahı, 1 ədəd patron darağı və 3 ədəd patron aşkar edilərək götürülüb.