"Sumqayıt" Azərbaycan millisinin futbolçusu Anatoli Niriyevi heyətinə qatıb."Gənclik şəhəri" təmsilçisi artıq 26 yaşlı hücumçunun adını sifariş vərəqəsinə əlavə edib. Forvard yeni komandasında 91 nömrəli formanı geyinəcək.
"Sumqayıt"ın Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, artıq oyunçu ilə razılıq əldə olunub: "Hazırda klub və AFFA futbolçunu Bakıya gətirmək üçün çalışır".
Qeyd edək ki, Anatoli Nuriyevin son klubu Ukrayna "Kolos"u olub.
report.az