"Sentyabrdan Sumqayıtda marşrut avtobuslar kart sisteminə keçəcək, kondisioner, dayanacaq problemi qalmayacaq" - Sultan Əsədov

"Sentyabrdan  Sumqayıtda marşrut avtobuslar kart sisteminə keçəcək, kondisioner, dayanacaq problemi qalmayacaq" - Sultan Əsədov
 
Sumqayıtda ictimai nəqliyyatla bağlı problem və yeniliklər şəhər sakinlərini daim maraqlandıran əsas mövzulardan biridir. Saytımızın sosial şəbəkə hesabları, habelə elektron poçtuna daxil olan müraciət və şikayətlərdən bununla bağlı nəticə çıxarmaq mümkündür. Şəhərimizdə bu sahəyə cavabdeh qurum - Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı yanında Sərnişindaşıma və Nəqliyyat İdarəsi 6 ildir fəaliyyətə başlasa da avtobusları yeniləməkdən başqa əlavə bir dəyişiklik baş verməyib. Bəs nəqliyyat vasitələrini dəyişməklə bütün işlər tamamlanırmı? Sumqayit.tv xəbər verir ki, Xeberle.com-un bu kimi suallarını Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı yanında Sərnişindaşıma və Nəqliyyat İdarəsinin rəisi Sultan Əsədov cavablandırıb.O bildirib ki, adıçəkilən qurum 2015-ci ilin dekabr ayında fəaliyyət göstərir, lakin hələ də taksi xidməti vahid sistemdə tənzimlənmir. "Bildiyiniz kimi, Sumqayıt şəhərində aztəminatlı və məcburi köçkün ailələri çoxluq təşkil edir. Taksi xidməti ilə məşğul olanlar da belə ailələrdən olan vətəndaşlardır.Şəhər rəhbərliyi belə vətəndaşların  ailələrinə qazanc aparmasına mane olmamaq üçün bəzi qanunsuzluqlara göz yumur.Digər tərəfdən pandemiya bizim şəhərdən də yan keçmədi və belə vəziyyətdə aztəminatlı ailələrin çörəklərinə bais olmamaq üçün taksi xidmətlərinin vahid sistemə daxil edilməsi məsələsi uzanır. Sentyabr ayından şəhər üzrə bütün marşrut avtobusları kart sisteminə keçəcək. Bu sahə üzrə hazırlıqlarımız davam etdirilir. Bütünlükdə kart sisteminə keçən nəqliyyatda nə kondisioner problemi, nə də ki, dayanacaqdan kənarda saxlamaq problemi olacaq.Çünki hazırda planla çalışan sürücü kondisioneri yandırmır ki, yanacaq az işlənsin. Düzdür biz vaxtaşırı reydlər keçirib  kondisionerlərin işlədilməsini tələb edirik, lakin qarşısını tam şəkildə almaq mümkün deyil. Kart sistemi tam tətbiq olunduqdan sonra maaşla çalışan sürücü kondisioneri yandırmaqda tərəddüd etməyəcək, həmçinin də dayanacaqdan kənarda saxlayıb, bir biri ilə ötüşmələrə də birmənalı şəkildə son qoyulacaq", - deyə S.Əsədov bildirib. İdarə rəhbəri 1 saylı marşrut xəttinin fəaliyyəti ilə bağlı suala da cavab verərək qeyd edib ki, cari ilin iyul ayının birindən etibarən 1 saylı marşrutla 25 saylı marşrut xətti birləşdirilərək 1\25 adı ilə böyük tutumlu avtobusla  fəaliyyətdədir. Bunun nömrəsini hər iki marşrut xəttinin hərəkət cədvəli ilə işlədiyi  üçün belə seçmişik.
Xədicə Səxavət Xeberle.com 
P.S. Sumqayıt şəhər daxilində fəaliyyət göstərən 256 avtobus tam yenilənərək iri tutumlu nəqliyyat vasitələri ilə əvəzlənib. Sentyabr ayının birindən isə, bütün xətlər üzrə kart sisteminə keçiləcək.

13-07-2021, 12:01 254

Digər xəbərlər

Bakı-Sumqayıt qatarlarının müvəqqəti ləğv edilmiş reysləri bərpa olunur

Zakir Fərəcov Şəhər Günündəsəyyar qəbul keçirdi – FOTO

Sumqayıt Məhkəməsi avtоmоbilini təmir edən ustanı döyən şəxsin cəzasını azaltdı

50 milyonluq qızıl QALMAQALI: azərbaycanlı iş adamı AXTARILIR

DYP-dən sürücülərə MÜRACİƏT

Şahlar Əsgərovdan Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirləri açdı!

Sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı QƏRAR

"Sumqayıt" doğma meydanda "Şamaxı"ya qarşı itkilərlə çıxacaq

Sumqayıtda ər arvadını döydü

"Mehdi Hüseynzadə”də keçiriləcək tədbirin planı bəllidi – azarkeşlər meydanda yarışacaq

Sumqayıtda yataqxanada qadınlar arasında dava - TƏFƏRRÜAT

"Sənətçiyə elə pul verməlidir ki, evə ət alacağını düşünməsin" - Məşhur aktyor

*Bakıda yeni universitet korpusu və yaşayış binaları layihələrinin ekoloji qiymətləndirilməsi aparılıb*

Merkelin xatirələri: Rusiya, NATO və Ukrayna mübahisələri üzə çıxdı- SENSASİYA

Ərdoğandan xəbərdarlıq: “Putin buna sərt cavab verə bilər”

Türkiyədən ABŞ-a çağırış: “Siz qoşunlarınızı geri çəkin, biz də...”

Deputatın “Zəngimcell”i: “Balansınız bitmişdir…”

Müqayis Verdiyev yenidən məhkəmə qarşısında

Pensiya ödənişi niyə gecikir? – Nazirlikdən açıqlama

Sumqayıtdakı lisey direktorunun qardaşı rəhmətə gedib

1 2 3 4 5 6 7 8 9 10 ... 903
Dünən, 18:05
Dünən, 17:37
Dünən, 12:39
Dünən, 12:32
Dünən, 11:50
Dünən, 11:41
Dünən, 11:34
Dünən, 11:31
Dünən, 10:24
Dünən, 10:10
Dünən, 10:00
Dünən, 09:00
21-11-2024, 19:29
21-11-2024, 11:07
21-11-2024, 10:53
21-11-2024, 10:46
21-11-2024, 10:16
21-11-2024, 10:01
21-11-2024, 09:09
20-11-2024, 19:47
20-11-2024, 19:24
20-11-2024, 16:08
20-11-2024, 15:29
20-11-2024, 15:25
20-11-2024, 15:23
20-11-2024, 15:20
20-11-2024, 15:14
20-11-2024, 15:12
20-11-2024, 15:08
20-11-2024, 15:04
20-11-2024, 15:00
20-11-2024, 14:58
18-11-2024, 09:09
18-11-2024, 09:02
15-11-2024, 19:20
15-11-2024, 14:16
15-11-2024, 14:08
15-11-2024, 14:01
15-11-2024, 13:59
15-11-2024, 13:53
1 2 3 4 5 6 7 8 9 10 ... 903