Sumqayıtda II Vətən müharibəsi şəhidinin doğum günü qeyd olunub -FOTO

Sumqayit.tv-in məlumatına görə, Sumqayıt şəhər Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzində pandemiya qaydalarına uyğun olaraq ikinci Qarabağ müharibəsinin şəhidi Əlizamin Mustafalının doğum gününə həsr olunan anım tədbiri keçrilib.
Tədbirdə Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan Sumqayıt şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Tərlan Hacızadə qonaqları salamlayaraq , 44 günlük haqq savaşından  və onun Azərbaycan xalqına qazandırdığı qəlbədən bəhs edib.
Qonaqlara şəhidimizin keçdiyi həyat yolu haqqında geniş məlumat verilib.
Əlizamin Valeh oğlu Mustafalı 13.07.1997-ci il Beyləqan rayonunda doğulub. 2003-cü ildə Sumqayıt şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbdə orta təhsilinə başlayıb. 2012-ci il də, isə 3 nömrəli peşə litseyində təhsilini davam etdirib. 2015-ci ildə hərbi xidmətə yollanıb.
Genaralımız Polad Həşimovun şəhid olması hamı kimi onu da sarsıdıb və o, könüllü olaraq hərbi komissarlığa müraciət edib. Lakin İkinci Qarabağ savaşı başlandıqdan sonra o da  torpaqlarımızın azad olunması uğrunda ölüm-dirim savaşına qatılır. 2020-ci il 29 sentyabr tarixində Ağcəbədi rayonu istiqamətindəki döyüşlərdə iştirak edir. Ə.Mustafalı oktyabrən 21- də şəhadətə qovuşub. 
Şəhidimiz ölkə başçısının sərəncamı ilə ölümündən sonra "Xocavəndin azad olunması uğrunda”, "Cəbrayılın azad olunması uğrunda”, "Füzulinin azad olunması uğrunda”, "Cəsur döyüşçü”, "İgidliyə görə", "Vətən uğrunda” medalları ilə təltif olunub.
Ə.Mustafalı ailəli idi. Ondan ailəsinə əmanət 1 qız, 1 oğul övladı qalıb.
Daha sonra tədbirə qatılan qonaqlar da şəhidimiz haqqında öz fikirkərini bildiriblər.
Tədbir iştirakçılarına şəhdin keçdiyi döyüş yoluna aid Sumqayıt Regional Mədəniyyət İdarəsinin hazırladığı videoçarx nümayiş etdirilib. 
Şəhidin anası Ülviyyə xanım övladının xatirəsin əziz tutub, gələn qonaqlara və tədbirin təşkilatçılarına öz minnətdarlığını bildirib.
Tədbir ədəbi-bədii kompazisiyalarla davam etdirilib.




16-07-2021, 12:15 241

Digər xəbərlər

Sumqayıtda taksi tapmaq çətinləşə bilər? – Sürücülərlə bağlı yeni tələb narahatlıq yaradır

“Qubada xan oğlu Bakıxanova yaraşan bir bina tapılmadı?” – Sabir Rüstəmxanlıdan SƏRT açıqlama

Zakir Fərəcov 2-ci mikrorayonda sakinlərlə səyyar qəbul keçirib

Fərid Qayıbov Sumqayıtda sakinlərlə görüşdü-FOTO

Sumqayıtın tanınmış müəllimi Nizami İsmayılov vəfat etdi - FOTO

Sumqayıtda növbəti küçədə səki təmiri aparılır - FOTO

“Stansiya Sumqayıt” sakinlərinin səsini dinləyən deputat, problemlə yerində tanış oldu - FOTO

Premyer Liqa: “Sumqayıt” “Turan Tovuz”la qarşılaşacaq

İlham Əliyevlə Donald Tramp arasında görüşü keçirilir

Sumqayıt Bələdiyyəsi 2025-ci il üzrə fəaliyyətinin yekunlarını açıqlayıb

Dəyişən beynəlxalq mühitdə Azərbaycanın strateji davranışı

Hacı Zeynalabdin qəsəbəsində 3000 abonentin qazı kəsiləcək

Sumqayıtda yanvar ayı üzrə pensiya ödənişləri yekunlaşdırılıb

Sumqayıtda buraxılış və qəbul imtahanlarının vaxtı açıqlandı

Mehriban Vəliyeva: "Prezident İlham Əliyev Davosdan yeni dünya nizamına mesaj verdi"

Sumqayıtda bir ailənin 4 üzvü dəm qazından zəhərlənib – RƏSMİ AÇIQLAMA

Sumqayıtda baş verən qəzada xəsarət alanların vəziyyəti açıqlanıb - Yenilənib

Sumqayıt Bələdiyyəsində 2025-ci ilin yekunlarına dair tədbir keçirilib

Sumqayıt sakinləri əməkhaqqı və pensiya artımından faydalanacaq

Sumqayıtda şəhərətrafı avtobus marşrutları müsabiqəyə çıxarılır

1 2 3 4 5 6 7 8 9 10 ... 1010
Bu gün, 15:55
Bu gün, 15:43
Bu gün, 15:40
Bu gün, 14:50
Dünən, 23:32
Dünən, 22:57
Dünən, 16:48
Dünən, 16:29
Dünən, 15:56
Dünən, 15:49
Dünən, 15:48
Dünən, 15:09
Dünən, 12:38
Dünən, 12:30
Dünən, 12:27
Dünən, 10:34
Dünən, 08:21
Dünən, 08:07
21-01-2026, 19:27
21-01-2026, 19:17
21-01-2026, 17:26
21-01-2026, 16:55
21-01-2026, 16:51
21-01-2026, 16:45
21-01-2026, 14:50
21-01-2026, 09:33
21-01-2026, 09:13
20-01-2026, 19:05
20-01-2026, 15:43
20-01-2026, 14:09
20-01-2026, 13:13
20-01-2026, 09:23
20-01-2026, 09:20
19-01-2026, 22:16
19-01-2026, 16:51
19-01-2026, 16:33
19-01-2026, 16:05
19-01-2026, 16:01
19-01-2026, 15:51
19-01-2026, 15:48
1 2 3 4 5 6 7 8 9 10 ... 1010