Azərbaycanlı gənclər ABŞ-da böyük qələbə qazanıblar



Dünyanın 34 ölkəsini təmsil edən 100 mindən çox tələbəni bir araya gətirən və dünya gənclərinin sosial sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi istiqamətində aparıcı təşkilat sayılan “Enactus” platformasının növbəti Dünya Kuboku Puerto-Rikonun San Xuan şəhərində keçirilməkdədir.

Oktyabrın 30-da başlayan Dünya Kubokunda müxtəlif ölkələri təmsil edən gənclərin sosial sahibkarlıq üzrə biznes layihələri birincilik uğrunda mübarizə aparır.
Ölkəmizi təmsil edən Azərbaycan Dövlət İqtisad Universitetinin “Enactus” komandasının təqdim etdiyi layihələr 34 ölkənin komandası arasında ən uğurlu layihələrdən biri kimi seçilərək yarımfinal mərhələsinə yüksəlib.
Oktyabrın 31-də Azərbaycanın “Enactus” komandası Kanada, Keniya və Qvatemala komandaları ilə mübarizə aparıb. Açıqlanan nəticəyə əsasən Azərbaycan və Kanada komandaları növbəti mərhələyə vəsiqə qazana biliblər.
Yarımfinal mərhələsində komandamız “Kekamaps” və “Limitless” layihələri ilə Almaniya, Kanada və İrlandiya komandaları ilə final mərhələsi uğrunda mübarizə aparacaqdır. Adıçəkilən layihələr cəmiyyətdə inklüzivlik əmsalının artırılması, eləcə də sağlamlıq məhdudiyyətləri olan şəxslərin ictimai yerlərdə hərəkəti üçün əlverişli şəraitin yaradılmasına dəstəyin göstərilməsinə yönəlib.
2005-ci ildən etibarən Azərbaycanın da qoşulduğu “Enactus” proqramında bu, ölkəmizi təmsil edən komanda üçün ən uğurlu nəticələrdəndir. Əvvəlki müddətdə Azərbaycan yalnız bir dəfə, 2019-cu ildə “Enactus” Dünya Kubokunun yarımfinal mərhələsinə qədər yüksələ bilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə ölkəmizdə fəaliyyət göstərən “Enactus” proqramı dövlət gənclər siyasəti çərçivəsində gənclər arasında sosial əsaslı sahibkarlıq fəaliyyətinin təşviqində mühüm rol oynayır. Azərbaycan “Enactus” proqramına üzv olan yeganə Cənubi Qafqaz ölkəsidir.

Bizimlə əlaqə saxlayın


3-11-2022, 17:04 224

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041