Məktəblərdə müəllim-şagird münasibətlərini necə tənzimləməliyik? – TƏKLİF


Yanvarın 19-da Bakıda 59 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəlliməsinin 6-cı sinif şagirdlərinə qarşı zor tətbiq etməsi məktəblərimizdə müəllim-şagird münasibətlərinin ürəkaçan vəziyyətdə olmadığını bir daha göstərdi”.
Sumqayit.tv
xəbər verir ki, bu sözləri Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, millət vəkili Ceyhun Məmmədov qeyd edib.
O, yalnız müəlliməni günahkar çıxarmaq fikri olmadığını deyib:
“Ola bilsin, şagirdlər müəlliməni əsəbləşdiriblər. Ancaq heç bir halda müəllim, öz adına yaraşmayan davranışa yol verməməli idi. Çünki müəllim, öyrədən və tərbiyə verəndir. Öyrətmək və tərbiyə vermək müəllimin bilavasitə vəzifəsidir.
Sonra rəsmi açıqlamaları diqqətlə oxudum. Həmişəki qaydada müəllim, şagird və valideynlərlə danışıq aparıldığı qeyd olunur. Bu yetərlidirmi? Hesab edirəm, yox. Nə etməliyik? Bu barədə yazının sonunda fikirlərimi bildirəcəm”.
C.Məmmədov maraq üçün Azərbaycan məktəblərində müəllim-şagird qarşıdurmaları ilə bağlı axtarış aparmaq qərarına gəldiyini bildirib:
“Qarşıma çoxlu sayda belə, hamımıza məlum olan bir çox faktlar çıxdı. Hesab edirəm, məktəblərimizdə baş verən belə hallarla bağlı həyəcan təbili çalmağın vaxtı çoxdan çatıb”.
Millət vəkili deyib ki,  məktəblərdə direktor, valideyn və şagirdlərin iştirakı ilə ciddi tədbirlər həyata keçirilməlidir:
“Söhbət həm profilaktik söhbətlərdən, həm də maarifləndirmə tədbirlərindən gedir. Eyni zamanda məktəb-valideyn əməkdaşlığı ən yüksək səviyyədə olmalıdır. Müəllimlərə belə məsələlərdə diqqətli olmaqla bağlı ciddi tapşırıqlar verilməli, qaydaları pozan müəllimlər ciddi cəzalandırılmalıdır. Təcrübəsi yetərli olmayan, direktor olmağa layiq olmayan insanlar məktəblərə rəhbər təyin edilməməlidir.
Eyni zamanda, müəllimin nüfuzunun qorunması üçün ciddi çalışmalı, onları alçalda və şagirdlərin gözündən sala biləcək açıqlama və bəyanatlara son qoymalıyıq. Bununla yanaşı, sözügedən məsələnin psixoloji və sosioloji səbəblərinin araşdırılması istiqamətində tədbirlərə başlamalıyıq”.
C.Məmmədov müəllimlərə çağırış edib:
“Sonda fürsətdən istifadə edib üzümü bütün müəllimlərə tutaraq, onları şagirdlərlə rəftarda zor tətbiqindən uzaq olmağa çağırıram. Unutmayın ki, müasir dövrün şagirdləri ilə daha çox dostluq etmək lazımdır. Onlara zor tətbiq etmək əks nəticə verəcək. Buna əməl etmədikcə belə insidentlərin sayı daha çox olacaq. Bu bir reallıqdır ki, Z və Alfa nəsli fərqli nəsillərdir. Qarşıdan isə hələ Beta nəsli gəlir.
Onu da unutmayın ki, belə hallar müqəddəs olan müəllim adına da xələl gətirir, onu nüfuzdan salır. Bu adın saflığını və paklığını qorumaq hər birimizin müqəddəs borcudur”.

Müəllif: Globalinfo.az 

23-01-2023, 10:00 161

Digər xəbərlər

Kəlbəcərdə minaya düşərək şəhid olan jurnalistlərin anım günüdür

Sumqayıtda qətl hadisəsi baş verib - VİDEO

Sumqayıt Dövlət Universitetində “Microsoft” həlləri istifadəyə verilib-VİDEO

Əməkdar məşqçi Rafael Məmmədovun doğum günüdür

İyunun 7-də qəbul imtahanı keçiriləcək – vacib saat açıqlandı

Sumqayıt istiqamətində tıxac problemini azaldacaq yeni layihə - VİDEO

Enerji gücündən geosiyasi liderliyə: Azərbaycanın yazdığı uğur salnaməsi

Sumqayıtda 1 İyun münasibətilə tədbir keçirilib

Sumqayıtda avtobusda halı pisləşən sərnişin öldü

Sumqayıtda pensiya və sosial müavinətlərlə bağlı ictimai dinləmə keçiriləcək

İyun ayında 10 gün qeyri-iş günü olacaq

Birinci siniflərə qəbul üçün son 4 gün qaldı

İtkin düşən Azərbaycan vətəndaşlarının sayı yeniləndi

Azərbaycan Prezidenti amerikalı həmkarına təşəkkür edib - FOTO

Sarayda qohumunu xüsusi amansızlıqla öldürən şəxsə ağır cəza

Təbrik Quliyev vəzifədən ayrılması ilə bağlı iddialara münasibət bildirib - VİDEO

“BMT ciddi likvidlik problemi ilə üzləşə bilər”

Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edir-FOTO

Sumqayıtda xəstənin həyatı həkimlərin operativ müdaxiləsi ilə xilas edilib – görüntülər yayıldı - VİDEO

Sumqayıtda aşan ağac yolu bağladı – sürücülər yolu özləri açdı- VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1060
Bu gün, 11:53
Dünən, 21:19
Dünən, 18:49
Dünən, 15:17
Dünən, 12:09
Dünən, 11:53
2-06-2026, 16:53
2-06-2026, 16:33
2-06-2026, 10:17
1-06-2026, 18:20
1-06-2026, 18:16
1-06-2026, 18:09
1-06-2026, 14:57
1-06-2026, 14:52
1-06-2026, 14:44
1-06-2026, 14:31
1-06-2026, 11:40
1-06-2026, 10:18
31-05-2026, 15:57
31-05-2026, 15:53
30-05-2026, 18:24
30-05-2026, 18:20
30-05-2026, 15:01
30-05-2026, 11:17
30-05-2026, 11:05
30-05-2026, 10:40
30-05-2026, 07:41
29-05-2026, 22:31
29-05-2026, 21:20
29-05-2026, 20:30
29-05-2026, 12:19
29-05-2026, 10:17
29-05-2026, 10:14
28-05-2026, 10:45
27-05-2026, 23:48
27-05-2026, 23:19
27-05-2026, 21:37
27-05-2026, 06:40
27-05-2026, 06:36
26-05-2026, 22:23
1 2 3 4 5 6 7 8 9 10 ... 1060