SDU-nun rektoru tələbələri təltif etdi – FOTO


Sumqayıt Dövlət Universitetinin rektoru dosent Rüfət Əzizov oktyabrın 14 – də 2023/2024 – cü tədris ilinin Yaz semestrinin imtahan sessiyasında fakültələr üzrə ən yüksək akademik nəticələr göstərən tələbə və magistrantlarla görüş keçirib və bu nailiyyətlərinə görə onları təltif edib. İştirakçılarla səmimi və səmərəli fikir mübadiləsi zamanı rektor SDU-da aparılan islahatlar və yeniliklər haqqında ətraflı məlumat verərək, universitetin strateji hədəflərini və gələcək inkişaf planlarını diqqətə çatdırıb.
Rektor tələbələri yüksək akademik göstəriciləri ilə seçildiklərinə görə təbrik edərək, onların gələcəkdə də bu uğurlarını qoruyub saxlayacaqlarına və daha böyük nailiyyətlər əldə edəcəklərinə əminliyini ifadə edib və vurğulayıb ki, tələbələrin göstərdiyi yüksək nəticələr yalnız universitetin deyil, bütövlükdə ölkənin gələcəyi üçün vacibdir. Görüş zamanı SDU-nun təhsildə və tədqiqat sahəsində daha böyük uğurlara imza atmağı qarşısına məqsəd qoyduğunu qeyd edən Rüfət Əzizov universitetin əsas missiyasının savadlı və ixtisaslı kadrlar yetişdirmək olduğunu vurğulayıb. SDU-da tələbələr üçün yaradılan müasir təhsil mühiti, innovativ tədris metodları və tələbələrin motivasiyasını artırmaq üçün atılan addımlar barədə məlumat verən rektor xüsusilə, universitetin sənaye ilə əməkdaşlığının genişlənməsinin tələbələrin iş dünyasına daha hazırlıqlı çıxmasına imkan yaradacağını bildirib. Rektor tələbələri elmi-tədqiqat işlərində daha fəal olmağa və universitetdə həyata keçirilən tələbəyönümlü layihələrdə iştirak etməyə dəvət edib. Tələbələrin potensialını ən yüksək səviyyədə inkişaf etdirməyin vacibliyini qeyd edərək, onların həm təhsil, həm də ictimai fəaliyyətlərində uğur qazanacaqlarına inandığını bildirib.
Görüş tələbələr üçün həm motivasiya mənbəyi olub, həm də universitetin onlara təqdim etdiyi imkanları daha yaxşı dərk etməyə şərait yaradıb. Görüşün sonunda 2023/2024- cü tədris ilinin Yaz semestrinin imtahan sessiyasında fakültələr üzrə ən yüksək akademik nəticələr göstərən tələbə və magistrantlar rektor tərəfindən Fəxri fərmanla təltif olunublar.





14-10-2024, 18:00 185

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041