
Dövlət İmtahan Mərkəzinin ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirdiyi buraxılış imtahanlarının qrafikinə əsasən, Sumqayıt şəhərində imtahanlar 12 və 26 aprel tarixlərində təşkil olunacaq.
Sumqayit.tv xəbər verir ki, Sumqayıt üzrə I hissə üzrə imtahan 12 aprel, II hissə üzrə isə 26 aprel tarixində keçiriləcək. İmtahanların iki günə bölünməsi şəhərdə hərəkət intensivliyinin azaldılması məqsədi daşıyır.
Qeyd edək ki, imtahana buraxılış vərəqələri hər imtahan günündən 5 gün əvvəl Dövlət İmtahan Mərkəzinin rəsmi saytında yerləşdiriləcək.
4-02-2026, 11:41
45