Sumqayıtda iki internat tipli gimnaziyada nöqsanlar aşkarlanıb

  

Sumqayıt şəhərində fəaliyyət göstərən iki internat tipli gimnaziyada uşaqların yaşayış və təhsil şəraiti ilə bağlı bir sıra nöqsanlar müəyyən edilib.
Sumqayit.tv xəbər verir ki, bu barədə **Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)**nin Aparatı məlumat yayıb.
Bildirilib ki, Ombudsmanın Milli Preventiv Qrupu Sumqayıt şəhər internat tipli gimnaziyada və general M.Əsədov adına inteqrasiya təlimli internat tipli gimnaziyada monitorinqlər aparıb. Araşdırmalar zamanı uşaqlarla rəftar, onların hüquqlarının təmin olunması, yaşayış və tədris şəraitinin vəziyyəti öyrənilib.
Monitorinqlər nəticəsində Sumqayıt şəhər internat tipli gimnaziyada yataqxana korpusunun yalnız məhdud hissəsinin şagirdlərin istifadəsinə verildiyi, bu səbəbdən yaşayış şəraitinin tam təmin olunmadığı müəyyən edilib. Həmçinin hamam otaqlarının istifadəyə yararsız vəziyyətdə olduğu, sanitar qovşaqların çatışmadığı və gigiyena normaları ilə bağlı problemlərin mövcud olduğu qeyd olunub.
General M.Əsədov adına inteqrasiya təlimli internat tipli gimnaziyada isə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün effektiv inklüziv təhsil mexanizmlərinin yaradılmadığı bildirilib. Bu hal inklüziv təhsil hüququnun tam təmin olunmasına maneə yaradır.
Eyni zamanda, hər iki müəssisədə uşaqların geyim və ayaqqabı təminatının mövcud normalara tam uyğun həyata keçirilmədiyi, bəzi hallarda gecikmələrin və çatışmazlıqların olduğu aşkar edilib.
Aşkar edilmiş nöqsanlarla bağlı müəssisə rəhbərliklərinə müvafiq tövsiyələr verilib. Qeyd olunub ki, monitorinqlərin nəticələri barədə Elm və Təhsil Nazirliyinə müraciət ediləcək və tövsiyələrin icrası nəzarətdə saxlanılacaq. // "Report"

19-02-2026, 10:04 114

Digər xəbərlər

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

Sumqayıtda dəm qazı faciəsi: Daha iki uşaq dövlət himayəsinə veriləcək

Sumqayıtda aprelin 19-da imtahan keçiriləcək

Sumqayıtda abituriyentlər üçün “Uğura doğru bir addım” tədbiri keçirildi-FOTOLAR

Sumqayıtda 125 nəfər metadon proqramı üzrə müalicə alır

Sumqayıtda karbamid istehsalı azalıb – rəsmi rəqəmlər açıqlandı

Sumqayıtda mağazadan oğurluq edən şəxslər saxlanıldı

Sumqayıt və Abşeronda I sinfə qəbul: bu məktəblərdə prioritet tətbiq olunacaq - FOTO

Sumqayıtda vətəndaş iddia edir: “Qaz sayğacımı qanunsuz söküb apardılar” - FOTO/VİDEO

Sumqayıtda 3 nəfəri qətlə yetirərək ömürlük həbs cəzası alan şəxslə bağlı QƏRAR

Azərbaycanda bu kanalların lisenziyası ləğv edildi

Macarıstana ona görə getdik ki… - Vens

Bakı və Sumqayıtda pensiyalar ödənildi

Sumqayıt “E-Şikayət” statistikasında: müraciətlərin 4,3%-i bu şəhərdəndir

Sumqayıtda qazılan yol təhlükəyə çevrildi – xəbərdarlıq nişanı yoxdur-FOTO/VİDEO

Sumqayıtda MİDA-nın 10 illik fəaliyyəti: minlərlə ailə güzəştli mənzillə təmin olunub

Sumqayıtdan Qubaya getdi, dörd dəfə boşanan kişi ilə qaçan bacısını öldürmək istəd

SON DƏQİQƏ: Sumqayıtda 4 avtomobil və avtobus toqquşdu-FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 1040
Bu gün, 20:36
Bu gün, 01:23
Dünən, 21:10
Dünən, 20:29
Dünən, 19:28
Dünən, 18:35
Dünən, 12:59
Dünən, 12:56
Dünən, 09:55
Dünən, 09:51
Dünən, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
13-04-2026, 13:31
13-04-2026, 13:06
13-04-2026, 11:35
13-04-2026, 10:34
12-04-2026, 22:25
12-04-2026, 16:47
11-04-2026, 19:34
11-04-2026, 15:18
11-04-2026, 13:02
10-04-2026, 18:36
10-04-2026, 18:34
10-04-2026, 18:19
10-04-2026, 17:48
10-04-2026, 15:37
10-04-2026, 15:31
10-04-2026, 15:25
10-04-2026, 15:19
1 2 3 4 5 6 7 8 9 10 ... 1040