
Azərbaycanda ümumtəhsil məktəblərində keçirilən ənənəvi "Son zəng" tədbirinin tarixi dəyişdirilib.
Məlumata görə, tədbir bu il iyunun 14-də deyil, iyunun 12-də baş tutacaq. Dəyişiklik tədris ili üçün təsdiqlənmiş məktəb təqvimində öz əksini tapıb.
Bildirilib ki, tarixinin irəli çəkilməsinə səbəb 14 iyunun qeyri-iş günü olmasıdır. Bu səbəbdən ölkə üzrə bütün ümumtəhsil müəssisələrində "Son zəng" mərasimi iyunun 12-də keçiriləcək.
Qeyd edək ki, qərar bütün şəhər və rayonlara, o cümlədən Sumqayıt məktəblərinə də şamil olunur. 🎓
Mənbə: Bakıvaxtı.az
23-03-2026, 19:29
14