Ali məktəblərdə təhsil haqları artacaq? – Deputat və ekspert danışdı

Son illər Azərbaycanda ali təhsil müəssisələrində təhsil haqlarında artım müşahidə olunur və bu məsələ abituriyentlər və valideynlər arasında geniş müzakirə olunur.

Mövzu ilə bağlı Modern.az-a açıqlama verən Milli Məclisin deputatı, Odlar Yurdu Universiteti-nin İdarəetmə Şurasının sədri Samir Vəliyev bildirib ki, artımın əsas səbəblərindən biri müəllim və universitet əməkdaşlarının maaş tələblərinin yüksəlməsidir.

Onun sözlərinə görə, yaşayış səviyyəsinin artması ali məktəblərin xərclərinə birbaşa təsir edir və universitetlər keyfiyyətli kadrları cəlb etmək üçün daha yüksək əməkhaqqı təklif etməyə məcbur qalırlar.

Deputat qeyd edib ki, tələbə və valideynlərin daha keyfiyyətli təhsil gözləntiləri də xərcləri artırır. Müasir infrastrukturun qurulması, yeni binaların və laboratoriyaların tikilməsi, xüsusilə texnoloji ixtisaslar üzrə bahalı avadanlıqların alınması ciddi maliyyə tələb edir.

Onun fikrincə, xarici universitetlərlə əməkdaşlıq, ikili diplom proqramları və rəqəmsallaşma da əlavə xərclər yaradan əsas amillər sırasındadır.

Təhsil eksperti Ramin Nurəliyev isə bildirib ki, dövlət universitetlərində təhsil haqları Nazirlər Kabineti və Elm və Təhsil Nazirliyi ilə razılaşdırılaraq müəyyən olunur. Özəl universitetlərdə isə qiymətlər ali məktəbin rəhbərliyi tərəfindən formalaşdırılır.

Ekspert vurğulayıb ki, universitetin nüfuzu, tədris keyfiyyəti, maddi-texniki bazası və rəqabət qabiliyyəti təhsil haqqına ciddi təsir edir. Bu səbəbdən ADA Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət İqtisad Universiteti və Xəzər Universiteti kimi ali məktəblərdə təhsil haqları daha yüksəkdir.

O, əlavə edib ki, eyni universitet daxilində belə ixtisasdan asılı olaraq qiymətlər dəyişir və daha çox tələb olan sahələrdə təhsil haqqı daha yüksək olur.

 


25-03-2026, 12:37 43

Digər xəbərlər

Azərbaycan Yəhudi Media Mərkəzi Azərbaycan xalqını 28 May - Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik edib

Prezident İlham Əliyevdən 28 May paylaşımı

İzmir Azərbaycan Kültür ve Dayanışma Dərnəyi 28 May – Azərbaycanın Müstəqillik Günü münasibətilə tədbir keçirib - VİDEO/FOTO

28 May – Bir millətin qüruru, bir dövlətin əbədi imzasi

Qurban Bayramı birlik, mərhəmət və paylaşma bayramıdır

Prezident Azər Tağıyevi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə hakim təyin etdi

Sumqayıtlı şagird buraxılış imtahanında maksimum nəticə göstərib

Yağışdan sonra Sumqayıtın bəzi küçələri gölməçəyə çevrilib - VİDEO

Paşinyan: “Sumqayıta dönüş məsələsi gündəmdə olmayacaq”

Uşaqlara sosial şəbəkə QADAĞASI gəlir – Mask hamını SİLKƏLƏDİ

Ferda Amin Sumqayıtda “Komedium” şousu ilə çıxış edəcək

Sumqayıt nümayəndə heyəti Çində keçirilən beynəlxalq konfransda iştirak edib - FOTO

Sumqayıtda məktəbin hasarı aşıb – güclü yağış fəsad törətdi - VİDEO

Müstəqillik Günü ilə bağlı deputatdan diqqətçəkən açıqlamalar

Sumqayıtda da filialı olan klinikanın rəhbərləri ilə bağlı məhkəmə işi gündəmdə

Sumqayıt Sənaye Parkına 16 milyon manatlıq yeni investisiya

Milli Məclisdə Sumqayıtla bağlı hakim təyinatı məsələsinə baxılır

“Sumqayıt” Saşa İliçlə yollarını ayırıb

Saakaşvilinin SON GÖRÜNTÜSÜ - Elə bir FOTO paylaşdı ki...

Sumqayıt da daxil olmaqla 3 şəhərdə əməliyyat: 40 kiloqram narkotik aşkarlanıb - VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1058
Bu gün, 10:45
Dünən, 23:48
Dünən, 23:19
Dünən, 21:37
Dünən, 06:40
Dünən, 06:36
26-05-2026, 22:23
26-05-2026, 20:08
26-05-2026, 17:29
26-05-2026, 16:43
26-05-2026, 16:00
26-05-2026, 15:53
26-05-2026, 15:45
26-05-2026, 14:40
26-05-2026, 14:00
26-05-2026, 12:59
26-05-2026, 12:57
26-05-2026, 12:54
26-05-2026, 12:52
26-05-2026, 12:10
26-05-2026, 11:57
26-05-2026, 11:22
26-05-2026, 10:18
25-05-2026, 21:14
25-05-2026, 21:09
25-05-2026, 21:06
25-05-2026, 21:01
25-05-2026, 19:40
25-05-2026, 19:32
25-05-2026, 19:26
25-05-2026, 19:23
25-05-2026, 19:18
25-05-2026, 19:10
25-05-2026, 19:06
25-05-2026, 19:03
25-05-2026, 16:59
25-05-2026, 14:54
25-05-2026, 14:17
25-05-2026, 13:25
25-05-2026, 13:22
1 2 3 4 5 6 7 8 9 10 ... 1058