Regionda energetika sahəsində kadr hazırlığına töhfə: Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir SES Silsiləsi” arasında strateji əməkdaşlıq - FOTO

 

Mingəçevirdə energetika təhsilinə yeni yanaşma: MDU və "Mingəçevir SES Silsiləsi" birlikdə mütəxəssis yetişdirəcək.

2026-cı ilin 1 aprel tarixində Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminovun rəhbərlik etdiyi nümayəndə heyəti “Mingəçevir Su Elektrik Stansiyası Silsiləsi” MMC-ni ziyarət edib.

Ziyarət çərçivəsində nümayəndə heyəti stansiyanın ərazisi və istehsalat sahələri ilə yaxından tanış olub, burada mövcud olan texnoloji proseslər, iş mühiti və istehsalın təşkili ilə bağlı ətraflı məlumat əldə edib.

Daha sonra Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir SES Silsiləsi” MMC arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memorandum universitetin rektoru Anar Eminov və SESS-in direktoru Oqtay Pirverdiyev tərəfindən imzalanıb.

İmzalanma mərasimində çıxış edən rektor Anar Eminov sənədin universitet ilə sənaye arasında əlaqələrin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Bildirib ki, bu əməkdaşlıq tələbələrin nəzəri biliklərinin istehsalat mühiti ilə inteqrasiyasına, onların praktik bacarıqlarının inkişafına və əmək bazarının tələblərinə uyğun mütəxəssis kimi formalaşmasına geniş imkanlar yaradacaq. Rektor, həmçinin, birgə elmi-tədqiqat fəaliyyətlərinin genişləndirilməsinin universitetin elmi potensialının artırılmasına töhfə verəcəyini qeyd edib.

“Mingəçevir SES Silsiləsi” MMC-nin direktoru Oqtay Pirverdiyev isə çıxışında energetika sektorunun dayanıqlı inkişafı üçün peşəkar kadr hazırlığının xüsusi önəm daşıdığını diqqətə çatdırıb. O, Mingəçevir Dövlət Universiteti ilə qurulan əməkdaşlığın istehsalat və təhsil arasında qarşılıqlı inteqrasiyanı gücləndirəcəyini, mütəxəssislərin tədris prosesinə cəlb olunmasının və tələbələrin istehsalat mühitində təcrübə keçməsinin hər iki tərəf üçün faydalı olacağını bildirib.

Memorandum çərçivəsində tərəflər tələbələrin “Mingəçevir SES Silsiləsi” MMC-də istehsalat və təcrübə proqramlarına cəlb olunması, müəssisə mütəxəssislərinin universitetdə mühazirə, seminar və ustad dərslərində iştirakı, birgə elmi-tədqiqat layihələrinin, konfrans və dəyirmi masaların təşkili, energetika sahəsi üzrə kadr hazırlığının keyfiyyətinin artırılması, universitet məzunlarının işə qəbul imkanlarının təşviqi və mühəndislik istiqamətində ixtisasların tədris proqramlarının istehsalat tələblərinə uyğunlaşdırılması istiqamətində məsləhətləşmələrin aparılması barədə razılığa gəliblər.

Memoranduma əsasən, SES-in üç mühəndisinin Energetika mühəndisliyi ixtisası üzrə tədris prosesinə cəlb olunması nəzərdə tutulur. Bu yanaşma tələbələrin real sektor təcrübəsi qazanmasına və nəzəri biliklərin praktik tətbiqinə imkan yaradacaqdır. Eyni zamanda, magistrantların elmi-tədqiqat mövzularının birbaşa SES tərəfindən müəyyən edilməsi və tədqiqat işlərinin müdafiəsinin də müəssisədə təşkili planlaşdırılır. Bu isə aparılan elmi işlərin tətbiqyönümlülüyünü artırmaqla yanaşı, onların real sektorla inteqrasiyasını daha da gücləndirəcəkdir.

Eyni zamanda, tədris planlarının yenilənməsi, onların müasir əmək bazarının tələblərinə uyğunlaşdırılması və praktik yönümlülüyünün artırılması əsas prioritet istiqamətlər kimi müəyyən edilmişdir.

Qeyd edək ki, imzalanan əməkdaşlıq sənədləri təhsil, sənaye və məşğulluq siyasəti arasında koordinasiyanın gücləndirilməsinə xidmət edir. Bu yanaşma tələbələrin praktiki bilik və bacarıqlarının inkişafına, innovativ yanaşmaların tətbiqinə, elmi-tədqiqat potensialının artırılmasına və regionda dayanıqlı insan kapitalının formalaşdırılmasına mühüm töhfə verməyi hədəfləyir.

 

 

 

 

 

 

 

 


1-04-2026, 12:10 72

Digər xəbərlər

Azərbaycan Yəhudi Media Mərkəzi Azərbaycan xalqını 28 May - Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik edib

Prezident İlham Əliyevdən 28 May paylaşımı

İzmir Azərbaycan Kültür ve Dayanışma Dərnəyi 28 May – Azərbaycanın Müstəqillik Günü münasibətilə tədbir keçirib - VİDEO/FOTO

28 May – Bir millətin qüruru, bir dövlətin əbədi imzasi

Qurban Bayramı birlik, mərhəmət və paylaşma bayramıdır

Prezident Azər Tağıyevi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə hakim təyin etdi

Sumqayıtlı şagird buraxılış imtahanında maksimum nəticə göstərib

Yağışdan sonra Sumqayıtın bəzi küçələri gölməçəyə çevrilib - VİDEO

Paşinyan: “Sumqayıta dönüş məsələsi gündəmdə olmayacaq”

Uşaqlara sosial şəbəkə QADAĞASI gəlir – Mask hamını SİLKƏLƏDİ

Ferda Amin Sumqayıtda “Komedium” şousu ilə çıxış edəcək

Sumqayıt nümayəndə heyəti Çində keçirilən beynəlxalq konfransda iştirak edib - FOTO

Sumqayıtda məktəbin hasarı aşıb – güclü yağış fəsad törətdi - VİDEO

Müstəqillik Günü ilə bağlı deputatdan diqqətçəkən açıqlamalar

Sumqayıtda da filialı olan klinikanın rəhbərləri ilə bağlı məhkəmə işi gündəmdə

Sumqayıt Sənaye Parkına 16 milyon manatlıq yeni investisiya

Milli Məclisdə Sumqayıtla bağlı hakim təyinatı məsələsinə baxılır

“Sumqayıt” Saşa İliçlə yollarını ayırıb

Saakaşvilinin SON GÖRÜNTÜSÜ - Elə bir FOTO paylaşdı ki...

Sumqayıt da daxil olmaqla 3 şəhərdə əməliyyat: 40 kiloqram narkotik aşkarlanıb - VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1058
Bu gün, 10:45
Dünən, 23:48
Dünən, 23:19
Dünən, 21:37
Dünən, 06:40
Dünən, 06:36
26-05-2026, 22:23
26-05-2026, 20:08
26-05-2026, 17:29
26-05-2026, 16:43
26-05-2026, 16:00
26-05-2026, 15:53
26-05-2026, 15:45
26-05-2026, 14:40
26-05-2026, 14:00
26-05-2026, 12:59
26-05-2026, 12:57
26-05-2026, 12:54
26-05-2026, 12:52
26-05-2026, 12:10
26-05-2026, 11:57
26-05-2026, 11:22
26-05-2026, 10:18
25-05-2026, 21:14
25-05-2026, 21:09
25-05-2026, 21:06
25-05-2026, 21:01
25-05-2026, 19:40
25-05-2026, 19:32
25-05-2026, 19:26
25-05-2026, 19:23
25-05-2026, 19:18
25-05-2026, 19:10
25-05-2026, 19:06
25-05-2026, 19:03
25-05-2026, 16:59
25-05-2026, 14:54
25-05-2026, 14:17
25-05-2026, 13:25
25-05-2026, 13:22
1 2 3 4 5 6 7 8 9 10 ... 1058