
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən mayın 24-də II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək.
Sumqayit.tv xəbər verir ki, imtahanlar Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Ucar, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmaz şəhər və rayonlarında təşkil olunacaq.
Məlumata görə, iştirakçılar mayın 15-dən etibarən Dövlət İmtahan Mərkəzinin rəsmi saytından “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilirlər.
İmtahan saat 10:00-da başlayacaq.
Qeyd olunub ki, II ixtisas qrupu üzrə imtahanda 28 507, III ixtisas qrupu üzrə isə 28 340 nəfər olmaqla, ümumilikdə 56 847 abituriyentin iştirakı nəzərdə tutulur.
Bu gün, 10:37
11