Sumqayıt məktəbliləri “Zəkaların mübarizəsi II” olimpiadasının finalında iştirak ediblər

Mayın 21-də Tofiq İsmayılov adına 6 nömrəli məktəb-liseydə ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında keçirilən “Zəkaların mübarizəsi II” olimpiadasının final mərhələsi baş tutub.

Sumqayit.tv xəbər verir ki, Heydər Əliyev Fondu və Elm və Təhsil Nazirliyinin birgə layihəsi olan olimpiada ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunub.

Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, daha sonra ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Final mərhələsi bilik yarışı və şahmat turniri formatında təşkil olunub. Şahmat turnirində Sumqayıt şəhərinin komandası da digər regionlarla birlikdə mübarizə aparıb.

Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev çıxışında bildirib ki, layihənin əsas məqsədi gənclərdə strateji düşüncə, liderlik və düzgün qərarvermə bacarıqlarının inkişaf etdirilməsidir.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov isə qeyd edib ki, bu cür intellektual yarışlar şagirdlərin yaradıcı düşüncə və komanda ilə işləmək bacarıqlarının formalaşmasına mühüm töhfə verir.

Bildirilib ki, olimpiadada ümumilikdə 5 mindən çox şagird iştirak edib. Yarışın yekununda qalib komandalar müəyyənləşdirilərək mükafatlandırılıblar.// AZƏRTAC


Bu gün, 16:52 11

Digər xəbərlər

Bilgəh–Novxanı–Pirşağı–Sumqayıt yolu ilə bağlı yeni açıqlama verildi

Azərbaycanda yeni “yaşıl dəhlizlər” yaradılacaq – şəhərlərlə bağlı yeni yanaşma

Sumqayıt Dövlət Universiteti beynəlxalq “Urban Expo” sərgisində təmsil olunur

Sumqayıt məktəbliləri “Zəkaların mübarizəsi II” olimpiadasının finalında iştirak ediblər

Sumqayıt istiqamətində yeni yol layihəsi: Bakıdakı tıxacların azalmasına təsir edəcək

Sumqayıtda sakinlər kanalizasiya problemindən şikayətlənirlər – baxan yoxdur

Sumqayıt İcra Hakimiyyəti 45-ci məhəllədəki bina ilə bağlı açıqlama verib

İcra başçısını girov götürən terrorçu necə təslim olmuşdu: Atası və qızı təyyarə ilə Sumqayıtdan gətirilmişdi

“Sumqayıt” – “Qarabağ” oyununun hakimləri açıqlanıb

Sumqayıtda tətbiq olunan sistem Bakıda niyə yoxdur? - VİDEO

Sumqayıt da daxil olmaqla bir sıra şəhərlərdə qəbul imtahanı keçiriləcək

Sumqayıtın deputatı beynəlxalq forumda çıxış edəcək

Yağış yağır, Sumqayıtda insanlar bir-birinin üstünə düşür - VİDEO

Bolqarıstan Prezidentinin nümayəndə heyəti Sumqayıt Sənaye Parkında olub

Sumqayıtda yol çöküb, ağaclar aşıb – sakinlər təhlükənin aradan qaldırılmasını istəyirlər -VİDEO

Sumqayıt Narkoloji Mərkəzində 125 nəfər müalicə alır – rəsmi statistika

Sumqayıtda daha bir yol çökdü - VİDEO/ FOTO

Sumqayıtda yataqxana sakinləri ağır şəraitdə yaşadıqlarını bildirirlər

Prezidentdən informasiya təhlükəsizliyi ilə bağlı yeni fərman

Bakı–Tbilisi qatarı yenidən yola düşür – deputatdan mühüm mesaj

1 2 3 4 5 6 7 8 9 10 ... 1055
Bu gün, 19:04
Bu gün, 18:54
Bu gün, 16:58
Bu gün, 16:52
Bu gün, 14:23
Bu gün, 13:30
Bu gün, 12:02
Bu gün, 11:22
Bu gün, 11:19
Bu gün, 10:48
Bu gün, 10:37
Dünən, 21:51
Dünən, 21:00
Dünən, 20:41
Dünən, 20:00
Dünən, 16:52
Dünən, 16:42
Dünən, 16:03
Dünən, 15:28
Dünən, 15:25
Dünən, 14:43
Dünən, 11:14
Dünən, 10:48
Dünən, 10:42
Dünən, 10:38
19-05-2026, 21:14
19-05-2026, 21:13
19-05-2026, 20:58
19-05-2026, 20:54
19-05-2026, 19:10
19-05-2026, 16:21
19-05-2026, 15:45
19-05-2026, 14:43
19-05-2026, 14:37
19-05-2026, 14:03
19-05-2026, 12:58
19-05-2026, 11:01
19-05-2026, 10:49
19-05-2026, 10:47
19-05-2026, 10:45
1 2 3 4 5 6 7 8 9 10 ... 1055