
Mayın 17-də əlverişsiz hava şəraiti səbəbindən buraxılış imtahanlarında iştirak edə bilməyən şagirdlər üçün təkrar imtahan təşkil olunacaq.
Sumqayit.tv xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin məlumatına görə, Bakı, Abşeron və Sumqayıt şəhərlərində həmin gün keçirilən imtahanlarla bağlı 21 iyun tarixində təkrar imtahan nəzərdə tutulur.
Bildirilib ki, təkrar imtahanda yalnız qeyd olunan şəhərlərdə imtahanda iştirak etməli olan şagird və abituriyentlər iştirak edə biləcəklər.
Qeyd olunub ki, 17 may tarixində hava şəraiti ilə əlaqədar gecikmə səbəbindən imtahanda iştirak edə bilməyən abituriyentlər üçün təkrar imtahan ödənişsiz olacaq.
DİM həmçinin açıqlayıb ki, kolleclərə qəbul olmaq üçün qeydiyyatdan keçən abituriyentlər 25-27 may tarixlərində xüsusi link vasitəsilə təkrar imtahana yazıla bilərlər.
Bu gün, 12:24
10