Sumqayıtda lisey və gimnaziyalara qəbul başlayır-VİDEO

 

2026-2027-ci tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən bir sıra lisey və gimnaziyaların 7-ci sinfinə qəbul prosesi başlayır.

Sumqayit.tv xəbər verir ki, Təhsil İnstitutunun yaydığı məlumata görə, şagird qəbulu mərkəzləşdirilmiş imtahan əsasında həyata keçiriləcək. Qeydiyyat müddəti 9-19 iyun tarixlərini əhatə edəcək.

Valideynlər və ya qanuni nümayəndələr qeydiyyatdan keçmək üçün şəxsi kabinetlərində "Sorğu yerləşdir" bölməsinə daxil olaraq əvvəlcə "Mərkəzi imtahanla qəbul" düyməsini seçməli, daha sonra imtahan keçiriləcək mərkəzi və digər məlumatları qeyd etməlidirlər.

Qeyd edək ki, lisey və gimnaziyalara qəbul ildə bir dəfə, tədris ili başlamazdan əvvəl "Şagirdlərin elektron yerdəyişməsi" (sy.edu.az) sistemi vasitəsilə qeydiyyatdan keçmiş və imtahanda iştirak hüququ qazanmış şagirdlər üçün təşkil olunur.

İmtahan zamanı şagirdlərə tədris dili və riyazi təfəkkürü ölçən müxtəlif tipli suallar təqdim ediləcək. Müvafiq keçid balını toplayan şagirdlər seçim mərhələsinə buraxılacaqlar.

Mərkəzləşdirilmiş qəbul aparılacaq təhsil müəssisələri arasında Sumqayıt şəhərinin Nizami Gəncəvi adına Texniki və Təbiət elmləri liseyi, "Təfəkkür" liseyi, Təbiət elmləri təmayüllü gimnaziya və humanitar və təbiət-riyaziyyat təmayüllü "İstedad" liseyi də yer alır.

Hər bir təhsil müəssisəsi barədə ətraflı məlumatı "Şagirdlərin elektron yerdəyişməsi" portalının "Mərkəzi imtahanlı liseylər" bölməsindən əldə etmək mümkündür.

Sumqayit.tv


8-06-2026, 18:24 92

Digər xəbərlər

Sumqayit.tv-in işıqlandırdığı problem qısa müddətdə aradan qaldırıldı-FOTO-VİDEO

Sumqayıtlı abituriyent: "Bu qədər yüksək bal toplayacağımı gözləmirdim"

Premyer Liqada yeni mövsümün püşkü atıldı: Sumqayıt ilk turda bu komanda ilə qarşılaşacaq

Sumqayıt" Abdul Raşid Mumini ilə yollarını ayırdı

Sumqayıtda sərnişindaşıma problemləri: Köhnə sistem yeni şəhərin tələblərinə cavab verirmi?

Sumqayıtda kanalizasiya suları obyektləri basdı – Sahibkarlar çətin vəziyyətdə qaldı-FOTO

Sumqayıt Kimya Sənaye Parkının rezident şirkətində rəhbər dəyişdi

Saray bağları istiqamətində köhnə avtobuslar sakinlərin narazılığına səbəb olur

Sumqayıtlı abituriyentlər qəbul imtahanında yüksək nəticə göstərdilər

Sumqayıtda Çerkassi küçəsində yol problemi: Sakinlər narahatdır-VİDEO

İki övladını böyüdə-böyüdə 90,5 bal topladı – SDU məzununun uğur hekayəsi

Beynəlxalq Fizika Olimpiadasının qalibləri SDU-da qəbul olundu-FOTO

SDU tələbələri beynəlxalq IT proqramını uğurla başa vurdu

Sumqayıtda bu kollecə tələbə tapılmadı – Onlarla yer boş qaldı

Sabahın hava proqnozu açıqlandı: Bəzi bölgələrdə leysan və dolu gözlənilir

Nizami küçəsində acınacaqlı mənzərə: Sakinlər təmir gözləyir

Sumqayıtda avrokubok həyəcanı davam edəcək

Yolun ortasında avtobusu saxladı, sükan arxasında siqaret çəkdi – Video

Prezident İlham Əliyev İrlandiyanın Azərbaycana yeni səfirini qəbul edib

Qaz ödənişlərində yenilik

1 2 3 4 5 6 7 8 9 10 ... 1083
Dünən, 21:03
Dünən, 13:51
Dünən, 13:45
Dünən, 12:47
Dünən, 12:38
Dünən, 00:39
17-07-2026, 21:08
17-07-2026, 20:28
17-07-2026, 18:47
17-07-2026, 16:55
17-07-2026, 15:44
17-07-2026, 14:32
17-07-2026, 14:00
17-07-2026, 13:58
17-07-2026, 12:55
17-07-2026, 12:22
17-07-2026, 12:21
17-07-2026, 12:19
17-07-2026, 12:13
17-07-2026, 11:10
16-07-2026, 22:17
16-07-2026, 20:16
16-07-2026, 17:07
16-07-2026, 16:37
16-07-2026, 15:13
16-07-2026, 14:50
16-07-2026, 14:32
16-07-2026, 14:05
16-07-2026, 13:15
16-07-2026, 13:12
16-07-2026, 12:14
16-07-2026, 11:59
15-07-2026, 19:33
15-07-2026, 18:29
15-07-2026, 18:26
15-07-2026, 18:20
15-07-2026, 18:02
15-07-2026, 14:57
15-07-2026, 14:11
15-07-2026, 13:51
1 2 3 4 5 6 7 8 9 10 ... 1083