Sumqayıt şəhər Heydər Əliyev mərkəzində "Tarixi abidələrimizi qoruyaq!” adlı seminar keçirilib.Sumqayit.tv xəbər verir ki, 18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş tədbirdə 26 nömrəli məktəbin şagirdləri iştirak ediblər. Şagirdlərə abidələrin və tarixi yerlərin qorunması haqda ətraflı bilgi verilib.
Seminar Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkşafı və Bərpası üzrə Dövlət xidmətinin Sumqayıt şəhər nümayəndəliyi və Sumqayıt şəhər Heydər Əliyev mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib.