Binəqədi olayının izi ilə: Direktor müavini işləmək üçün hansı təhsil tələb edilir? - AÇIQLAMA

Bir neçə gün əvvəl Binəqədi rayonu Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbin direktorun təsərrüfat işləri üzrə müavini İsmət Yusifovanın orta təhsili olmaması ilə bağlı xəbərlər yayıldı. 

Məsələ sosial şəbəkələrdə müzakirələrə səbəb oldu. 
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə bildirildi ki, məktəbin təsərrüfat işləri üzrə direktor müavini Yusifova İsmət Qədir qızı 01.09.2004-cü ildə işə qəbul edilib:
“2004-cü ildə 3 nömrəli tam orta məktəb Binəqədi Rayon Təhsil Şöbəsinin tabeliyində olub. 2006-cı ildə Bakı şəhərində rayon təhsil şöbələri ləğv edilərək Bakı Şəhəri üzrə Təhsil İdarəsi yaradılıb”.
Bəs məktəbin direktor müavininin təhsilsiz olması mümkündürmü?
Təhsil eksperti Elçin Süleymanov Oxu.Az-a bildirib ki, orta məktəblərdə pedaqoji və inzibati kadrların seçilməsi müəyyən əsaslanmaya uyğun olaraq həyata keçirilir:
“Burada xüsusilə rəhbər vəzifələrə kadrların seçilməsi müsabiqə yolu ilə aparılır. Məktəb direktorunun təlim-tərbiyə işləri və təsərrüfat işləri üzrə müavini vəzifəsinə qəbul zamanı üç illik staj və təhsil tələb olunur.
Təlim-tərbiyə işləri üzrə müavin işləyən şəxslərdən ali və pedaqoji təhsil tələb edilir. Tədris təsərrüfatı üzrə müavin vəzifəsi müəyyən mənada texniki işlərdir. Təsərrüfat üzrə müavin vəzifəsinə də işə qəbul zamanı ali, orta təhsil tələb olunur, çünki həmin şəxslər məktəbin ziyalı kollektivi, şagirdlərlə işləyəcəklər. 
Bizim kifayət qədər ali və orta ixtisas təhsili olan vətəndaşlarımız var. Təhsil sahəsi elədir ki, təsadüfi adamlar ola bilməz”, - deyə o vurğulayıb. 
Qeyd edək ki, Azərbaycanda işsiz və işaxtaran şəxslər işsizlikdən sığorta ödənişi ala bilərlər. Üç halda bu ödənişi almaq olar: İş yerinin, ştatın və yaxud müddətli əmək müqaviləsinin bitməsi ilə bağlı işsizlikdən sığorta ödənişi almaq hüququ yarana bilər. 
Onlar üçün məşğulluq istiqamətinin müəyyənləşdirilməsi məqsədilə Bakı üzrə DOST Mərkəzlərinə, rayonlarda isə regional məşğulluq filiallarına müraciət edə bilərlər.

25-04-2022, 16:10 202

Digər xəbərlər

Kəlbəcərdə minaya düşərək şəhid olan jurnalistlərin anım günüdür

Sumqayıtda qətl hadisəsi baş verib - VİDEO

Sumqayıt Dövlət Universitetində “Microsoft” həlləri istifadəyə verilib-VİDEO

Əməkdar məşqçi Rafael Məmmədovun doğum günüdür

İyunun 7-də qəbul imtahanı keçiriləcək – vacib saat açıqlandı

Sumqayıt istiqamətində tıxac problemini azaldacaq yeni layihə - VİDEO

Enerji gücündən geosiyasi liderliyə: Azərbaycanın yazdığı uğur salnaməsi

Sumqayıtda 1 İyun münasibətilə tədbir keçirilib

Sumqayıtda avtobusda halı pisləşən sərnişin öldü

Sumqayıtda pensiya və sosial müavinətlərlə bağlı ictimai dinləmə keçiriləcək

İyun ayında 10 gün qeyri-iş günü olacaq

Birinci siniflərə qəbul üçün son 4 gün qaldı

İtkin düşən Azərbaycan vətəndaşlarının sayı yeniləndi

Azərbaycan Prezidenti amerikalı həmkarına təşəkkür edib - FOTO

Sarayda qohumunu xüsusi amansızlıqla öldürən şəxsə ağır cəza

Təbrik Quliyev vəzifədən ayrılması ilə bağlı iddialara münasibət bildirib - VİDEO

“BMT ciddi likvidlik problemi ilə üzləşə bilər”

Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edir-FOTO

Sumqayıtda xəstənin həyatı həkimlərin operativ müdaxiləsi ilə xilas edilib – görüntülər yayıldı - VİDEO

Sumqayıtda aşan ağac yolu bağladı – sürücülər yolu özləri açdı- VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1060
Bu gün, 11:53
Dünən, 21:19
Dünən, 18:49
Dünən, 15:17
Dünən, 12:09
Dünən, 11:53
2-06-2026, 16:53
2-06-2026, 16:33
2-06-2026, 10:17
1-06-2026, 18:20
1-06-2026, 18:16
1-06-2026, 18:09
1-06-2026, 14:57
1-06-2026, 14:52
1-06-2026, 14:44
1-06-2026, 14:31
1-06-2026, 11:40
1-06-2026, 10:18
31-05-2026, 15:57
31-05-2026, 15:53
30-05-2026, 18:24
30-05-2026, 18:20
30-05-2026, 15:01
30-05-2026, 11:17
30-05-2026, 11:05
30-05-2026, 10:40
30-05-2026, 07:41
29-05-2026, 22:31
29-05-2026, 21:20
29-05-2026, 20:30
29-05-2026, 12:19
29-05-2026, 10:17
29-05-2026, 10:14
28-05-2026, 10:45
27-05-2026, 23:48
27-05-2026, 23:19
27-05-2026, 21:37
27-05-2026, 06:40
27-05-2026, 06:36
26-05-2026, 22:23
1 2 3 4 5 6 7 8 9 10 ... 1060