Türkiyədə SAT (Scholastic Aptitude Test) imtahan suallarını satmaqda şübhəli bilinən azərbaycanlılar saxlanılıb.Sualların Ankarada 2-3 min dollara satılması barədə şikayət əsasında məsələ ilə bağlı araşdırma başladılıb. Azərbaycan və İran əsilli altı nəfər saxlanılıb.
Məlum olub ki, onlar “Telegram”ın çat proqramı vasitəsilə əlaqə saxlayıblar, suallar Azərbaycandan olan Cahid və M.N. adlı şəxslər tərəfindən gətirilib və onların “karantina” adlandırdıqları evlərdə paylanıb.
Əməliyyatlar zamanı Azərbaycan və İran əsilli Əfsanə G., Fərnaz H., Fuad K., Ələkbər K., Səid K. və Əli A. saxlanılıblar. Axtarış zamanı 11 SAT imtahanına giriş sənədi, 18 SAT imtahan sual kitabçası və çoxsaylı rəqəmsal materiallar ələ keçirilib.
Şübhəlilərdən biri Səid K. bildirib ki, imtahan suallarını Cahid M. təşkil edir və satır