İranın Haniyə intiqamının mümkün SSENARİLƏRİ: anlaşmalı "döyüş", yoxsa gerçək savaş - TƏHLİL

 

Apreldə olduğu kimi, indi də hər kəs İranın İsrailə cavab zərbəsinin necə olacağını hesablayır. Bir çoxları hesab edir ki, apreldə “danışıqlı döyüş” olub, indi də eyni ssenari təkrarlanacaq. Lakin bəzi məqamlar var ki, onlar bu dəfə toqquşmanın daha sərt olacağını göstərir.
İranın İsrailə cavab zərbəsinin necə olacağına təxmin etmək üçün əvvəlcə hazırkı şəraitə nəzər salmaq lazımdır. Məsələ ondadır ki, İsrail İsmayıl Haniyəni Qətərdə Mossad agentləri ilə danışıqlar zamanı, Qahirə, İstanbulda və regionun başqa nöqtəsində də öldürə bilərdi. Amma məkan olaraq Tehran seçildi. Qisas məkanı olaraq Tehranın seçilməsi heç də yalnız İrana gözdağı vermək, yəni “istəsək Tehranda da adam öldürə bilərik” deyildi. Bu qəsdin bir deyil, bir neçə hədəfi var idi.
HANİYE.jpg (205 KB)

Birincisi, İsrail uzun müddətdir ki, Livana genişmiqyaslı hücuma hazırlaşır və bunun üçün Təl-Əvivə yetərli “səbəb” lazımdır. Çünki ciddi səbəb olmadan Livana quru əməliyyatı başlasa, dünyadan İsrailə kəskin qınaq və təzyiqlər olar, İsrail birmənalı aqressor kimi qəbul edilərdi. Amma məsələn, İran və Hizbullah İsrailə hücum etsə və ya dinc insanları hədəfə alan zərbələr endirsə, İsrail bunu özünümüdafiə hüququ əsasında Livana hücum üçün səbəb olaraq istifadə edəcək.
Belə olarsa, Vaşinqton üçün də İsraili müdafiə etməyə ciddi əsas yaranacaq. Başqa sözlə, Haniyənin Tehranda qətli İranı müharibəyə çəkmək üçün növbəti cəhdin bir elementidir.
Tehran sui-qəsdinin ikinci hədəfi Qəzza sülh danışıqları idi. Məlum olduğu kimi, ABŞ və Aİ İsrail hakimiyyətinə Qəzzada atəşkəsə getməsi üçün təzyiq edir. Vaşinqton Netanyahudan Qəzzada atəşkəs sazişini imzalamağı tələb edir. Baydenin mayın 31-də təklif etdiyi 3 mərhələli sülh sazişinin böyük hissəsi artıq razılaşdırılmışdı. Ancaq bu saziş İsrailin Həması qarşı tərəf kimi qəbul etməsi, Qəzzanın yenidən bərpası və inşası prosesinin Həmasın nəzarəti altında olmasını təsdiqləyir. Netanyahu və onun radikal sağçı komandası buna hazır deyil. Çünki bu, ilk növbədə müharibə başlayanda Həmasın məhv ediləcəyi ilə bağlı vədlə ziddiyyət təşkil edir. Hətta ifrat sağçı maliyyə naziri Smotriç, təhlükəsizlik naziri Ben Qvir açıq şəkildə hədələmişdi ki, bu cür sazişi imzalasa onlar Netanyahu hökumətindən çıxacaqlar və hökumət dağılacaq. Hökumətin dağılması isə Netanyahunun karyerasının sonu deməkdir.
BENYAMİN.jpg (55 KB)
Bu arada, Bayden hakimiyyətinin bir məqsədi də Netanyahunun hökumətdən getməsi və yeni İsrail hökuməti ilə Yaxın Şərqdə yeni siyasətini dizayn etməkdir. Danışıqlar prosesinə birbaşa rəhbərlik edən Həmas siyasi bürosu sədrinin sui-qəsdə qurban getməsi sülh prosesini pozulması deməkdir. Bunu artıq hər kəs etiraf edir.
İndi isə İranın cavabı məsələsinə gələk. İranın ali dini rəhbərliyi açıq şəkildə elan edib ki, Haniyənin qisası İranın boyundadır. Şərq ənənəsi qonağın qisasını ev sahibinə vacib edir. Müqəddəs kitab da gözə-göz, dişə-diş deyir.
Ancaq İran rəhbərliyi bu qisas aktı zamanı müəyyən şərtləri nəzərə almağa məhkumdur. Birincisi, Tehranın İsrailə zərbəsi İrana qarşı ikinci “Körfəz müharibəsi” nə çevrilməməli, yəni ABŞ-ın İrana qarşı hərbi koalisiya yaratmasına səbəb olmamalıdır.
ZERBE YENİ.jpg (34 KB)
İkincisi, İranın cavabı İsrailin Livana genişmiqyaslı quru hücumuna və nəticədə Livanda, həm də ərəb aləmində İranın və Hizbullahın növbəti qanlı müharibənin səbəbkarına çevirməməlidir. Çünki onsuz da son aylarda Livanda xristian və digər qruplar arasında Hizbullaha ölkəni İsraillə müharibəyə çəkməsi ittihamları artıb.
Tehran rəsmiləri anlayır ki, Haniyənin ölümü İranı müharibəyə çəkmək, təkləməyə hesablanıb. Bu səbəbdən də Tehranın İsrailə cavabı gözlənilməz, sərt, diqqətçəkən, lakin eyni zamanda İrana qarşı qisas əməliyyatı üçün səbəb verməyəcək tərzdə olmalıdır.
Aydın məsələdir ki, İsrail hakimiyyəti məqsədli olaraq Haniyənin qətlinə göstəriş verməklə İranı fakt qarşısında qoyub. İndi necə deyərlər top İrandadır. Tehran hakimiyyəti indi həm İsrailə tutarlı zərbə endirməklə gücünü nümayiş etdirməli; ancaq eyni zamanda bu zərbələr elə olmalıdır ki, İrana qarşı genişmiqyaslı müharibəyə əsas verməsin, yəni İsrailin Qərb müttəfiqləri İrana qarşı müharibəyə qoşulmasınlar. Bu isə o qədər də sadə deyil. İran hakimiyyəti apreldə olduğu kimi, göstərişli, amma daha az zərərli zərbələr endirsə, Tehranın imici zədələnəcək.
TEHRAN SON.jpg (63 KB)
Bu arada, Küveytdə nəşr olunan “Əl-Cəridə” qəzeti Amerika nümayəndə heyətinin İrana gedərək kəşfiyyat və diplomatiya təmsilçiləri ilə görüş keçirdiyini və İranı böyük müharibədən çəkindirməyə çalışdığını yazıb.
Qəzetin iddiasına görə, cümə axşamı günü Türkiyədən çıxan təyyarədə olan Amerikan heyəti İranda Sepaha məxsus hərbi aerodroma eniş edib. Burada Omanın vasitəçiliyi ilə yüksək hərbi və diplomatik təmsilçilərlə görüş keçirilib. ABŞ təmsilçiləri bildirib ki, Bayden administrasiyası İranla müharibə istəmir. İran təmsilçilərinə deyilib ki, Tehran sui-qəsdini İranı böyük müharibəyə çəkmək üçün Netanyahu hökuməti planlayıb. Eyni zamanda amerikalı emissarlar Netanyahunun artıq nəzarətdən çıxdığını və Vaşinqtonla koordinasiyalı hərəkət etmədiyini, ABŞ-ın Haniyə sui-qəsdindən xəbərdar olmadığını bildiriblər. Hətta qəzetin iddiasına görə, amerikalılar iranlılara İranda fəaliyyət göstərən Mossad agentlərinin siyahısını təqdim ediblər.
“Əl-Cəridə”nin (oxşar mövzuda başqa media orqanları da yazıb – K.R.) iddiasının nə qədər dəqiq olduğunu demək çətindir. Lakin fakt budur ki, Vaşinqton hazırda İranla böyük müharibəyə cəlb olunmaq istəmir. Xüsusən də belə bir müharibənin nəinki sülhə xidmət etmədiyi, əksinə, Netanyahu hakimiyyətinin avantürası olduğu üçün.
MUHAR SON.jpg (55 KB)
İran mənbələri Tehranın Vaşinqtonun təklifini qəbul etmədiyini yazır. Lakin yuxarıda da qeyd etdiyimiz kimi, İsrailə cavab zərbəsinin regionda geniş miqyaslı müharibəyə çevrilməsi İranın da maraqlarına cavab vermir.
Bütün bunlara rəğmən, qisas artıq İranın ən yüksək səviyyələri vasitəsi ilə elan olunub. Bu səbəbdən də hesab etmək olar ki, yaxın vaxtlarda İran İsrailə zərbə endirəcək, özü də təkcə İran ərazisindən deyil, regiondakı digər təsir bölgələrindən. Çünki bu halda zərbə daha geniş miqyaslı olduğu üçün daha çox raket və dronun İsrail və müttəfiqlərinin radar qurğularından yayınması mümkün olacaq.

//Musavat.com

5-08-2024, 14:14 42

Digər xəbərlər

Bakı-Sumqayıt qatarlarının müvəqqəti ləğv edilmiş reysləri bərpa olunur

Zakir Fərəcov Şəhər Günündəsəyyar qəbul keçirdi – FOTO

Sumqayıt Məhkəməsi avtоmоbilini təmir edən ustanı döyən şəxsin cəzasını azaltdı

50 milyonluq qızıl QALMAQALI: azərbaycanlı iş adamı AXTARILIR

DYP-dən sürücülərə MÜRACİƏT

Şahlar Əsgərovdan Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirləri açdı!

Sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı QƏRAR

"Sumqayıt" doğma meydanda "Şamaxı"ya qarşı itkilərlə çıxacaq

Sumqayıtda ər arvadını döydü

"Mehdi Hüseynzadə”də keçiriləcək tədbirin planı bəllidi – azarkeşlər meydanda yarışacaq

Sumqayıtda yataqxanada qadınlar arasında dava - TƏFƏRRÜAT

"Sənətçiyə elə pul verməlidir ki, evə ət alacağını düşünməsin" - Məşhur aktyor

*Bakıda yeni universitet korpusu və yaşayış binaları layihələrinin ekoloji qiymətləndirilməsi aparılıb*

Merkelin xatirələri: Rusiya, NATO və Ukrayna mübahisələri üzə çıxdı- SENSASİYA

Ərdoğandan xəbərdarlıq: “Putin buna sərt cavab verə bilər”

Türkiyədən ABŞ-a çağırış: “Siz qoşunlarınızı geri çəkin, biz də...”

Deputatın “Zəngimcell”i: “Balansınız bitmişdir…”

Müqayis Verdiyev yenidən məhkəmə qarşısında

Pensiya ödənişi niyə gecikir? – Nazirlikdən açıqlama

Sumqayıtdakı lisey direktorunun qardaşı rəhmətə gedib

1 2 3 4 5 6 7 8 9 10 ... 903
Dünən, 18:05
Dünən, 17:37
Dünən, 12:39
Dünən, 12:32
Dünən, 11:50
Dünən, 11:41
Dünən, 11:34
Dünən, 11:31
Dünən, 10:24
Dünən, 10:10
Dünən, 10:00
Dünən, 09:00
21-11-2024, 19:29
21-11-2024, 11:07
21-11-2024, 10:53
21-11-2024, 10:46
21-11-2024, 10:16
21-11-2024, 10:01
21-11-2024, 09:09
20-11-2024, 19:47
20-11-2024, 19:24
20-11-2024, 16:08
20-11-2024, 15:29
20-11-2024, 15:25
20-11-2024, 15:23
20-11-2024, 15:20
20-11-2024, 15:14
20-11-2024, 15:12
20-11-2024, 15:08
20-11-2024, 15:04
20-11-2024, 15:00
20-11-2024, 14:58
18-11-2024, 09:09
18-11-2024, 09:02
15-11-2024, 19:20
15-11-2024, 14:16
15-11-2024, 14:08
15-11-2024, 14:01
15-11-2024, 13:59
15-11-2024, 13:53
1 2 3 4 5 6 7 8 9 10 ... 903