Öldrülən qadın müğənnilərimiz - FOTO

 

Qadınlara qarşı zorakılıq və qətllər davam edir. Öldürülən qadınların sayı durmadan artır. Qadın qətliamları müəyyən məcrada davam etsə də, ciddi fərq yaradacaq əsl artım şübhəli qadın ölümlərindədir.
Sumqayit.tv big.az-a istinadən öldürülən qadın müğənniləri təqdim edir.
Səbinə Abbasova - Bu gün saat 7 radələrində Gəncə şəhərində Kəlbəcər rayon sakinləri üçün inşa edilmiş Yeni qəsəbə ərazisində 1989-cu il təvəllüdlü Səbinə Abbasovanın ölməsinə dair Kəlbəcər rayon prokurorluğuna məlumat daxil olub. Səbinə Abbasova müğənni olub və ögey qardaşı tərəfindən öldürülüb. Qətlə yetirməkdə şübhəli bilinən 1984-cü il təvəllüdlü Hüseyn Abbasov ilə bağlı iş üzrə şübhəli şəxs qismində tutulub. Qeyd edək ki, H.Abbasov anasını qətlə yetirib və əvvəl də cinayət əməli törədibmiş.

Yaqut Həşimova - Bakıda qətlə yetirilən Yaqut Həşimova müğənnilik fəaliyyəti ilə məşğul olurmuş. o, "Azəristar" yarışmasının iştirakçısı olub və şou-biznesdə Yaqut Nəriman kimi tanınır.Y.Nərimanı qətlə yetirməkdə şübhəli bilinən həyat yoldaşı Anar Həşimov onun xalası oğludur. Onlar 2013-cü ildə ailə həyatı qurublar və bir övladları var. Hadisə qısqanclıq zəminində törədilib. A.Həşimov Y.Nərimanın başını kəsərək küçəyə atıb.

Mirzəyeva Aygün - 1988-ci il təvəllüdlü müğənni Mirzəyeva Aygün Vaqif qızı 8-ci kilometr qəsəbəsində yerləşən otellərin birinin hamam otağında olarkən ona şəxsiyyəti hələlik naməlum olan şəxs 23 bıçaq zərbəsi vurulub. Aygün Mirzəyeva müğənni olub. Hadisə Bakının Nizami rayonunda baş verib.

Nəzakət Məmmədova - 1944-cü il təvəllüdlü Nəzakət Məmmədova Gəncə şəhərində anadan olub. Azərbaycan SSR əməkdar artisti idi. Soçi şəhərində plastik əməliyyatlarla lisenziyasız məşğul olan həkimə- Karol Anatoli İvanoviçə müraciət edən sənətçi boynundakı qırışlardan azad olmaq istəyir. Lakin əməliyyat zamanı həkim-dermatoloqun səhvi - bıçağın boğazdakı şah damara dəyməsi müğənninin ölümünə səbəb olur. Əslən erməni olan həkim Karol isə törətdiyi əmələ görə Krasnodar məhkəməsi tərəfindən 9 il azadlıqdan məhrum edilir. Qeyd edək ki, erməni əsilli həkim əməliyyata içkili vəziyyətdə olub.

3-11-2023, 11:30 250
Dünən, 20:21
Dünən, 16:36
Dünən, 15:48
Dünən, 15:20
Dünən, 14:34
Dünən, 13:44
Dünən, 13:17
Dünən, 13:13
Dünən, 13:01
Dünən, 12:41
Dünən, 12:20
Dünən, 12:18
Dünən, 12:17
Dünən, 11:00
22-07-2026, 22:37
22-07-2026, 17:11
22-07-2026, 17:08
22-07-2026, 15:46
22-07-2026, 14:12
22-07-2026, 13:27
22-07-2026, 13:18
22-07-2026, 12:31
22-07-2026, 11:13
22-07-2026, 11:11
22-07-2026, 11:09
22-07-2026, 10:17
22-07-2026, 10:15
22-07-2026, 10:00
22-07-2026, 07:49
22-07-2026, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
1 2 3 4 5 6 7 8 9 10 ... 1086