Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

 

Bu gün Azərbaycanın dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən olmuş Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür.

Sumqayit.tv  xatırladır ki, Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür.

Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Atası oğlunu məşhur pedaqoq Sultan Məcid Qənizadənin müdir olduğu ikinci "Rus-müsəlman" məktəbinə qoyub, buranı bitirdikdən sonra M.Ə.Rəsulzadə öz təhsilini Bakı texniki məktəbində rus dilində davam etdirib.



Milli istiqlal hərəkatımızın və təkcə türk ellərində deyil, bütün Şərq, İslam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaycan Demokratik Respublikasının təməl daşını qoyan Məhəmməd Əmin Rəsulzadənin inqilabi fəaliyyətinin ilk illəri də məhz bu dövrə təsadüf edib. 1902-ci ildə on yeddi yaşında olan M.Ə.Rəsulzadə "Müsəlman gənclik təşkilatı"nı yaradıb. Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat olub.

1917-ci ilin payızında M.Ə.Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilib. 1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olunub. Həmin ayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan Milli Şurası yaranıb. Səs çoxluğu ilə M.Ə.Rəsulzadə Milli Şuranın sədri seçilib.

1918-ci il mayın 28-də bütün ölkələrin radio stansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya yayıblar. Bu, o demək idi ki, Azərbaycan xalqı öz varlığını, bir xalq kimi mövcudluğunu bütün bəşəriyyətə çatdırıb və milli dövlətini qurduğunu tam şəkildə bəyan edib. Fətəli xan Xoyskinin başçılığı ilə Azərbaycan Demokratik Respublikası hökuməti təşkil olunub. Beləliklə, Azərbaycan xalqı nəinki türk xalqları arasında, həmçinin bütün Şərqdə ilk dəfə olaraq respublika qurub.

Lakin Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmi 23 ay çəkib. 1920-ci ilin 28 aprelində Azərbaycanın sovet Rusiyası tərəfindən işğalından sonra M.Ə.Rəsulzadə Vətəni tərk etmək məcburiyyəti ilə üzləşib. Uzun illər xaricdə Azərbaycanın azadlığı uğrunda mübarizə aparmış M.Ə.Rəsulzadə 1955-ci il martın 6-da Ankarada şəkər xəstəliyindən vəfat edib.

1993-cü ilin 29 dekabrında Azərbaycan Prezidenti Heydər Əliyev "Azərbaycanın görkəmli ictimai-siyasi xadimi M.Ə.Rəsulzadənin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında" fərman imzalayıb.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2013-cü ilin 22 noyabrında "Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında" sərəncam imzalayıb.

Həmçinin, Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100-cü ili münasibətilə Prezident İlham Əliyev tərəfindən 2018-ci ili "Cümhuriyyət İli" elan edilib.

Prezident İlham Əliyev həm də 2024-cü ildə "Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında" Sərəncam imzalayıb. //Oxu.az


Bu gün, 10:22 7

Digər xəbərlər

Küçə itləri niyə hücum edir? Sumqayıtda artan təhlükənin pərdəarxası

Azərbaycanın sabahı: Gənclik və dövlətçilik fəlsəfəsi

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Sumqayıtda 70 kv.m-lik yaşayış evində yanğın baş verib

Sumqaytda, məktəbdə summativ qiymətləndirmə üçün pul yığılır – SƏS YAZILARI VİDEO

Sumqayıt xəstəxanasında qardaşı arvadını öldürən HƏBS OLUNMADI

Bir vaxtlar Sumqayıtda çalışan "Limonçik Əli” addımı müzakirə yaratdı - — Ömürlük kar qala bilərsiniz

Sumqayıtda təhsil almış tanınmış cərrah Anar Namazov yüksək dövlət təltifinə layiq görüldü

Bakıda fəaliyyət göstərən taksi Sumqayıta getsə cərimələnəcək? - Sürücülər qaydadan narazıdır

"Sumqayıt" "Karvan-Yevlax"ı məğlub etdi

Ceyhun Salmanov həbs olundu

Sumqayıtda yaşayış binasında yanğın olub - FOTO

Minlərlə Sumqayıt sakini üçün tarixi mərhələ: “Kupça”sız evlər leqallaşdırılır

"Sumqayıt"da oynamış futbolçu İranda həbs edildi

XVIII turun açılışı: “Sumqayıt” səfərdə “Karvan-Yevlax”la üz-üzə

Sumqayıtda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına dair hesabat yığıncağı keçirilib - FOTOLAR

Sumqayıtda fəaliyyət göstərən"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və daha iki əməkdaşı saxlanılıb

Sumqayıt Azərbaycanın yeni sənaye xəritəsində əsas mərkəzə çevrilir

Bakıdan Sumqayıta taksi ilə getmək mümkün olmayacaq — YENİ CƏRİMƏ

Sumqayıtda yeni istehsal müəssisəsi: İldə 3 120 tondan çox laminatlı və polipropilen kisə istehsal ediləcək

1 2 3 4 5 6 7 8 9 10 ... 1013
Bu gün, 11:54
Bu gün, 10:38
Bu gün, 10:22
Bu gün, 10:03
Dünən, 22:01
Dünən, 21:00
Dünən, 20:54
Dünən, 20:45
Dünən, 20:35
Dünən, 20:25
Dünən, 20:23
Dünən, 17:12
Dünən, 13:06
Dünən, 12:56
Dünən, 12:05
Dünən, 11:04
Dünən, 10:01
29-01-2026, 20:50
29-01-2026, 16:11
29-01-2026, 14:27
29-01-2026, 10:50
29-01-2026, 10:15
29-01-2026, 09:46
29-01-2026, 09:42
28-01-2026, 22:49
28-01-2026, 22:46
28-01-2026, 22:26
28-01-2026, 19:39
28-01-2026, 12:15
28-01-2026, 11:08
28-01-2026, 11:03
28-01-2026, 11:00
28-01-2026, 10:22
27-01-2026, 20:31
27-01-2026, 18:01
27-01-2026, 17:30
27-01-2026, 14:36
27-01-2026, 12:40
27-01-2026, 12:10
27-01-2026, 11:41
1 2 3 4 5 6 7 8 9 10 ... 1013