Böyük şəhərin aciz komandası


"Sumqayıt”ın ev oyunlarını keçirdiyi stadionda tribunalardan böyük bir pankart asılıb. Üzərinə "Böyük şəhərin tək komandası” yazılıb. Bəli, Sumqayıt yetərincə böyük şəhərdi. Özü də tarixən Azərbaycan futbolunda özünəməxsus yeri olub, neçə-neçə istedad yetişdirib və bu istedad sahibləri bizim futbolumuza xidmət edib. Könül istərdi ki, bu şəhərin Azərbaycan Premyer Liqasında bir yox, 2-3 komandası olsun, sumqayıtlı yeniyetmələr bu komandalarda futbolun sirlərini öyrənsinlər, azarkeşlər şəhərdəki stadionların tribunalarına axın etsinlər. Amma acı reallıq başqadı.

Sumqayıtın futbolumuzun elitasında cəmi bir təmsilçisi var. Özü də bu təmsilçisi heç də güclülərdən sayılmır. Hazırda isə bu komandanın vəziyyəti daha acınacaqlıdı. Mövsümün ilk dövrəsi başa çatdı və "Sumqayıt” çempionatdakı doqquz rəqibinin hər biri ilə qarşılaşdı. "Gənclik şəhəri”ni təmsil edən komanda bu 9 görüşün heç birində qələbə qazana bilməyib. 4 görüşdə meydandan "sülh”lə ayrılan "Sumqayıt” qalan 5 görüşdə məğlubiyyətlə barışıb. Daha da böyük biabırçılıq "Sumqayıt”ın qol vurmağı yadırğamasıdı. Qapısında 11 qol görən "Sumqayıt” bu qollardan yalnız birinin əvəzini çıxa bilib. Özü də həmin topu digər autsayder "Şamaxı”nın qapısına penaltidən vurmaq mümkün olub. Nazim Süleymanovun bir məşhur sözü var. Deyir ki, futbolun meyvəsi qoldu. Yəni, sən qol vura bilmirsənsə, futbolun meyvəsini dada bilmirsən. "Sumqayıt” da futbol ağacının meyvəsindən dadmadan başını girələyir, mövsümü yola verməklə məşğul olur.

Özü də bu mövsümdən "Sumqayıt” rəsmən legioner transfer edib, heyətini əcnəbilərlə "zənginləşdirib”. Ayxan Abbasovu bəyənməyən klub prezidenti Riad Rəfiyev onu yola salandan sonra belaruslu Aleksey Baqanı yuxarı başa keçirmişdi. Elə ikisi əl-ələ verib, "Sumqayıt”a 9 fərqli ölkədən legioner dəvət ediblər. İndi Baqa gedib, onun bərbad mirası Samir Abasova təhvil verilib. Amma "Neftçi”ni Azərbaycan çempionu edən çalışdırıcı özü də bu bərbad komandanın qarşısında acizdi. Onun rəhbərliyi altında "Sumqayıt” artıq iki oyuna çıxıb və "Kəpəz”lə heç-heçə edəndən sonra "Səbail”ə uduzub. Özü də bu iki qarşılaşmada da rəqib qapılarına yol tapmaq mümkün olmayıb. 

İlnur Valiev, Filipe Çabi, Rifat Nurmuqamet, Almir Aqanspahiç, Damian Daniçiç – bu futbolçular "Səbail”lə oyunda ehtiyat oyunçular skamyasında Samir Abasovla yanaşı əyləşiblər. Təsəvvür edirsiz? Komandaya "bir vaqon” legioner gətiriblər, onlar da gününü ehtiyat oyunçular skamyasını isitməklə keçirirlər. Halbuki, legioner yerli futbolçudan ikibaş üstün olmalıdı deyirlər. "Sumqayıt”ın legionerləri nəinki yerlilərdən üstündülər, onlardan xeyli geri qalırlar. Belə olmasaydı, Samir Abasov onları yanında əyləşdirməz, ilk dəqiqələrdən döyüşə atardı.

Görünən odu ki, "Sumqayıt”ın vəziyyəti yaxın vaxtlarda düzələnə oxşamır. Qış fasiləsində komandanın sökmək, sonra da yenidən yığmaq lazım olacaq. Müqaviləsi davam edən legionerləri yola salmaq həm də əlavə xərc deməkdi. Bütün bunların səbəbkarı nə Aleksey Baqadı, nə də Samir Abasov. Heç legionerlərin də bu məsələdə günahı yoxdu. Tək səbəbkar kluba rəhbərlik edən menecer-prezident Riad Rəfiyevdi. Məsuliyyətdən heç cür yayınmaq olmaz, cənab. Böyük şəhərin tək komandasını aciz duruma salan sizsiz. Bacarmırsızsa, kənara çəkilin, cənab Rəfiyev!

Amal Abuşov

11-10-2022, 10:06 378

Digər xəbərlər

Sumqayıtda DYP əməkdaşları yol nişanlanmasını yenilədi

Zakir Fərəcov 18-ci mikrorayon sakinləri ilə görüşdü-FOTOLAR

Qızına qarşı məşq zamanı yaşanan problem: Sumqayıtda valideyn ŞİKAYƏTİ - VİDEO

Deputat Elnarə Akimova Sumqayıtda mədəniyyət ocaqlarının vəziyyətinə diqqət çəkdi

Deputat Sumqayıtda tullantıların utilizasiyası zavodunun inşasını və məsul vəzifələrdə yerli kadrların təmsil olunmasını təklif edib

Sumqayıtda mağazadan oğurluq edən şəxs saxlanılıb

Bakı–Sumqayıt şossesində yerləşən şirkətin məhsulları Rusiya bazarlarından çıxarıldı

Sumqayıtda qızıl alveri adı ilə dələduzluq edən qadına 6 il həbs cəzası verildi

Yeni Azərbaycan Partiyası – Zamanın sınağından keçmiş siyasi iradə

Nizami Rəsulov: "Sumqayıt Bələdiyyəsi vətəndaş müraciətlərinə operativ yanaşır"

Sumqayıtda 700 abonentin qaz təchizatında müvəqqəti fasilə olacaq

Sumqayıtda ipoteka dalğası dayanır: Bahalaşma fonunda mənzil almaq mümkünsüzləşir

Qarakənd faciəsi – 22 şəhid haqqında qısa məlumat

Sumqayıtda ev yanıb, ər-arvad tüstüdən zəhərlənib

Zaur Xudiyev: “Sumqayıt – Qarabağ” oyununa 4000 bilet satılıb

Ağdamın Azadlığı və Dirçəlişi – Dövlət Strategiyasının parlaq nəticəsi

Sumqayıt 37 saylı məktəbdə səlahiyyət qalmaqalı: Keçmiş direktor vəzifədən getsə də, məktəbi əlində saxlayır VİDEOFAKT

Türk dövlətlərinin təhlükəsizlik orqanları Xankəndidə TOPLAŞDI: Əli Nağıyev çıxış etdi - VİDEO/FOTO

Sumqayıtda yol polisi "Təmiz hava" aylığı ilə bağlı profilaktik tədbir keçirib

Sumqayıtdan DÇ-2026-ya aparan yol: Prezidentsiz, hökumətsiz, stadionsuz ölkə mundialda - FOTOLAR

1 2 3 4 5 6 7 8 9 10 ... 987
Bu gün, 21:28
Bu gün, 21:19
Bu gün, 19:51
Bu gün, 18:59
Bu gün, 17:02
Bu gün, 16:47
Bu gün, 16:08
Bu gün, 11:58
Bu gün, 11:54
Bu gün, 11:16
Bu gün, 10:15
Bu gün, 09:40
Dünən, 23:38
Dünən, 23:08
Dünən, 21:44
Dünən, 18:08
Dünən, 17:47
Dünən, 16:13
Dünən, 15:57
Dünən, 15:50
Dünən, 15:48
Dünən, 15:44
Dünən, 12:29
Dünən, 11:35
Dünən, 11:29
Dünən, 11:24
Dünən, 10:16
18-11-2025, 20:48
18-11-2025, 20:16
18-11-2025, 13:51
18-11-2025, 11:52
18-11-2025, 11:42
18-11-2025, 10:55
18-11-2025, 10:36
18-11-2025, 10:14
17-11-2025, 15:00
17-11-2025, 13:31
17-11-2025, 13:15
17-11-2025, 13:01
17-11-2025, 12:35
1 2 3 4 5 6 7 8 9 10 ... 987